Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Xaçmaz rayonunda maarifləndirici tədbir keçirib.

Xaçmaz rayonunda maarifləndirici tədbir keçirib.
2-09-2025, 11:14 377 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

"Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə "Yaşıl Ailə: İnklüziv İrs və dayanıqlı Gələcək" layihəsi çərçivəsində Xaçmaz rayonunda maarifləndirici tədbir keçirib.

"Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi 19 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə "Yaşıl Ailə: İnklüziv İrs və dayanıqlı Gələcək" layihəsi çərçivəsində Xaçmaz rayonu Tarix-Diyarşünaslıq Muzeyində maarifləndirici tədbir keçirib.
 Tədbirdə Xaçmaz RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut Məsimova, Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova, Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin direktor əvəzi Sədaqət Cəmiyeva, "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyinin sədri Bahar Qasımova, şəhid anaları, sahibkarlar, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyətinin nümayəndəsi Yaqut Məsimova qonaqları salamlayıb, Rayonda gedən iqtisadi inkişaf haqda məlumat verib, uğurlar diləyib.Sədaqət Cəmiyeva bildirib ki, o həm də "AQRC"İ.B. Xaçmaz Rayon sədri olaraq dəfələrlə  maarifləndirici, xeyriyyəçilik və digər tədbirlər keçirir.Bu günkü tədbirin mövzusu isə aktuallığı ilə seçilir. "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyinin sədri Bahar Qasımova layihənin keçirilməsində əsas məqsədin təbii sərvətlərin qorunması və davamlı inkişaf prinsipləri əsasında ailə və icma səviyyəsində ətraf mühitə qarşı məsuliyyətli yanaşmanın təşviq edilməsi, inklüziv və bərabər imkanlar təmin edən sosial inkişafın təmin edilməsini vurğulayıb. 
Mövzu ilə bağlı  "Ekoloji Maarifçilik və Monitorinq "İ.B..sədri Qəmzə Yusubova mövzu ətrafında geniş məlumatlar verdi.Bu gün Yaşıl ailə dedikdə nəyi nəzərdə tuturuq, inkluziv irs nə deməkdir, dayanıqlı gələcək uğrunda hamı birlikdə mübarizə aparmalıdır , deyərək, auditoriyanı maraqlandıran sualları da sonda cavablandırıb.  Eyni zamanda ictimaiyyətin diqqətinin problemin həllinə cəlb olunması məqsədilə hazırlanmış maarifləndirici kitabçalar ,bloknot və qələmlər paylanıb.
Sonda İcra Hakimiyyətinə yaratdığı şəraitə görə təşəkkür bildirilib.
Görüşdən sonra Qazinin ailəsində görüş keçirilib.
#AzərbaycanRespublikasınınQeyriHökumətTəşkilatlarınaDövlətDəstəyiAgentliyi 
#AzərbaycanQadınlarıRespublikaCəmiyyətiİB

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI