Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Məsud Pezeşkian Çinə səfər edəcək

Məsud Pezeşkian Çinə səfər edəcək
29-08-2025, 00:39 153 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

İran Prezidenti Məsud Pezeşkianın sentyabrın 9-da Çinə rəsmi səfər edəcəyi açıqlanıb.
Bu barədə dövlət başçısının müşaviri Mehdi Sənai sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, səfər çərçivəsində Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının və "Şanxay plus" formatında keçiriləcək sammitlərin işində iştirak edəcək. Həmin tədbirlərdə 30-dan çox ölkənin təmsilçilərinin olması gözlənilir.
Səfər proqramına Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüş, həmçinin ikitərəfli münasibətlərin dərinləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün bir sıra dövlət başçıları ilə görüşlər də daxil edilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI