Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan tarix yazır və bu tarixin müəllifi özüdür!

Azərbaycan tarix yazır və bu tarixin müəllifi özüdür!
24-08-2025, 19:28 277 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

​​​​2020-ci ilin şanlı zəfəri, 2023-cü ilin lokal əməliyyatı və bu gün imzalanan sülh sənədi göstərir ki, Azərbaycan tarix yazır və bu tarixin müəllifi özüdür!
Bu uğurların arxasında isə güclü liderlik dayanır. Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Mehriban xanım Əliyevanın milli həmrəyliyə və mədəni diplomatiyaya verdiyi töhfələr sayəsində Azərbaycan həm qalib, həm də sülhün təminatçısı kimi tarixə düşür.
Bu gün Ermənistanla paraflanmış sülh sazişi təkcə diplomatik uğur deyil, eyni zamanda Azərbaycanın uzun illər apardığı ədalətli mübarizəsinin məntiqi nəticəsidir. Bu tarixi sənədin hər bir bəndində Azərbaycanın mövqeyi və milli maraqları əks olunur. Bütün bəndlər bir gerçəkliyi təsdiqləyir: bu sülhün müəllifi Azərbaycandır! Qarabağın azadlığı ilə başlanan, 2020 və 2023-cü illərdə yaratdığımız yeni geosiyasi reallıqlar sülh sənədinə daş kimi həkk olundu. Ermənistanla qarşıdurma artıq tarixə qovuşur. Bu, regionda sülhün, sabitliyin və əməkdaşlığın əsasını qoyan mərhələdir. Ən mühüm məqam isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin təmin edilməsidir. Bu təkcə milli birliyi deyil, həm də beynəlxalq nəqliyyat xəritəsini dəyişəcək gücdə bir dəhlizi Yeni Zəngəzur dəhlizi  Azərbaycanın artan strateji çəkisinin sübutudur.
Azərbaycanın əldə etdiyi uğurlar, həm daxili inkişaf, həm də beynəlxalq mövqeyimizin möhkəmlənməsi Prezidentimizin və hökumətimizin qətiyyətli siyasəti sayəsində mümkün olub.
Prezident İlham Əliyevin son çıxışında qeyd etdiyi kimi, Azərbaycanın mövqeyi daha da güclənib və torpaqlarımızın müdafiəsi üçün zəruri bütün tədbirlər görülür. Hər kəs bilməlidir ki, əgər yenidən Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı hər hansı təhdid yaranarsa, biz güclü dövlət, möhkəm iradə və sarsılmaz birliklə bunun qarşısını alacağıq. Azərbaycan artıq yalnız regionda deyil, beynəlxalq arenada da mövqeyini qətiyyətlə ortaya qoyur və lazım gəldikdə sərt addımlar atmaqdan çəkinmir.
Bu səbəbdən hər kəsə aydın olmalıdır ki, Azərbaycan sülh istəyir, amma onun haqq və hüquqlarına göz dikənlərə də dəmir yumruğunu göstərmək iqtidarındadır.

Bizim birlik və əzmkarlığımız hər zaman dövlətimizin əsas dayağıdır. Heç kəs unutmamalıdır ki, Azərbaycan öz suverenliyini, torpaqlarını və gələcəyini qorumaqda qətiyyətlidir və bu yolda qarşısına çıxan hər bir maneəni sarsıdacaq gücə malikdir. 
Vətən uğrunda mübarizəmiz davam edir və Azərbaycanı gözləyən parlaq gələcək hər birimizin birliyi, vətən sevgisi və güclü iradəsi ilə təmin olunacaq!

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI