Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

SÜLH MÜQAVİLƏSİNƏ DOĞRU QƏTİ ADDIM

SÜLH MÜQAVİLƏSİNƏ DOĞRU QƏTİ ADDIM
11-08-2025, 10:43 229 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

​​​​Bir məqama fikir verin. Prezident olduğu 25 il ərzində Putin bircə dəfə də olsun bizim Prezidenti eynən bu qaydada, yəni yanında (aralı, yaxud qarşısında yox) oturdub yenə də məhz bu səmimiyyətlə söhbət eləmədi. Üstəlik Trampın dediyi xoş sözləri, İlham Əliyevə və Azərbaycan xalqına verdiyi yüksək qiyməti videodan izləyəcəksiniz. 

Görüş nəticəsində əldə olunan nəticə və qərarları, imzalanmış Bəyannaməni isə hələ demirəm. Yaxud iki düşmən ölkə başçısının əlini öz övuclarında birləşdirmək, bunu dünyaya göstərmək ki, indi Cənubi Qafqazda kimin sözü keçir - bu ayrıca bir söhbətin mövzusudur.

 Bunu Putin də çoxdan edə bilərdi. Hətta ətraf respublikalarla silah dilində yox, Tramp dilində danışmağı bacarsaydı, çox güman ki, yeni formada bir ittifaq da yarada bilərdi. İndi isə onun öz sirkəsi öz küpünü partlatmaq ərəfəsindədir. 

Trampın İlham Əliyevə verdiyi simvolik Ağ Evin açarını isə o, indiyədək ancaq İlon Mask və Benjamin Netanyahyya təqdim etmişdi. Bu böyük şərəf hesab olunur. Bundan əlavə onun verdiyi $TRUMP kriptovalyutası olan moneta mem-token adlanır və rəqəmsal suvenir olmaqla Tramp fərəfindən fəaliyyətini və siyasətini bəyəndiyi şəxslərə verilir.

Bu səfər uğurları ilə yanaşı İlham Əliyevin dünya siyasətçiləri arasında olan nüfuzunu daha yüksəyə qaldırmağa imkan verəcək. Azərbaycan xalqı isə artıq rahat ola bilər ki, ruslar və farslar bizə indi ancaq kənardan sadəcə dişlərini qıcırtmaqdan başqa bircə addım da ata bilməzlər. Açıqlanmasa da, regionun emissarlığı qardaş Türkiyəyə həvalə edilib. Üstəlik, NATOnun ikinci böyük ordusuna malik olan bu dövlətlə bizim Şuşada imzalanmış Hərbi Müqaviləmiz də mövcuddur.

Vaşinqtonda imzalanmış Bəyannamə əsasında və Trampın da şəxsi nəzarəti altında gələn il Azərbaycan və Ermənistan arasında  çoxdan gözlənilən Sülh müqaviləsinin imzalanacağı artıq heç kimdə şübhə doğurmur.

ETİBAR ƏLIYEV 
10 avqust 2025

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI