Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Nazirlik vətəndaşlara MÜRACİƏT ETDİ

Nazirlik vətəndaşlara MÜRACİƏT ETDİ
11-08-2025, 00:12 101 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Polis işğaldan azad olunan ərazilərdə sanitariya-gigiyena qaydalarına əməl olunması ilə bağlı profilaktik tədbirlər keçirir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən respublikanın dörd bir yanında hər bir polis əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydaları ilə bağlı profilaktik tədbirlər fasiləsiz davam etdirilir. Vətəndaşlara qanunun tələbləri izah olunur, məlumatlar verilir.
"Bu yerlərdə yaşayan, işləyən və səfərə gələn hər kəsin başlıca vəzifələrindən biri də 30 il ərzində təbiətə vurulan yaraları sağaltmaq, ekoloji tarazlığını bərpa etməkdir. Məişət tullantılarını hara gəldi atmaq, ətraf mühiti çirkləndirmək, Qarabağın saf və təmiz təbiətinə təhlükə yaratmaq qəti şəkildə yolverilməzdir.
Hər kəsi vətəndaşlıq borcunu yerinə yetirməyə, zibili, tullantıları urnalardan kənara atmamağa, sülh və əmin-amanlıq simvoluna çevrilən Qarabağı təmiz saxlamağa çağırırıq!", - məlumatda bildirilib.

Qalereya



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI