Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

MDB Dünya liderləri Azərbaycan pavilyonunda - FOTO

MDB Dünya liderləri Azərbaycan pavilyonunda - FOTO
7-08-2025, 16:20 174 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə konfransının proqramı çərçivəsində dövlət başçıları Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın milli günlərinə həsr olunmuş tədbirlərdə iştirak ediblər.
bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, milli günlər region ölkələrinin xalqlarının zəngin mədəni irsini nümayiş etdirmək, mehriban qonşuluq əlaqələrini möhkəmləndirmək və mədəni-humanitar əməkdaşlığı genişləndirmək məqsədi ilə təşkil edilir.
Milli pavilyonlar, o cümlədən adət-ənənələrin, sənətkarlığın, mədəniyyət, incəsənət və turizm sahəsində müasir nailiyyətlərin ekspozisiyaları təqdim olunub. Qastronomik təqdimatlar və kulinariya ustad dərsləri də təşkil olunub.
Özbəkistanın ənənəvi həyətində qurulmuş milli elementləri olan “xovli” pavilyonu ziyarətçilərdə parlaq təəssürat yaratdı.
Tədbir qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və Mərkəzi Asiya haqqında sülh, sabitlik və firavanlıq məkanı kimi müsbət təsəvvürün formalaşmasına töhfə verərək regional kimliyin və mədəni müxtəlifliyin növbəti nümunəsinə çevrildi.
Hüseyn İbadlı

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI