Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

2 AVQUST AZƏRBAYCAN KINOSU GÜNÜ QEYD EDİLDİ

2 AVQUST AZƏRBAYCAN  KINOSU GÜNÜ QEYD EDİLDİ
3-08-2025, 18:50 188 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Bu gün Azərbaycan kinosunun yaranmasının 126-ci ildönümüdür. Eyni zamanda "Azərbaycanfilm"in  yaranmasından da 101 il keçir.

Məlumat üçün bildirim ki, 1898-ci il avqustun 2-də fotoqraf Aleksandr Mişon lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərin müstəqil nümayişini təşkil etmişdir. Həmin gün Azərbaycan milli kinonun yaranma günü sayılır.

Bu münasibətlə bu gün Bakıdakı Nizami Kino Mərkəzində Mədəniyyət nazirliyinin və Kino Agentliyinin birgə təşkil etdikləri yubiley tədbiri keçirildi. Tədbirdə Mədəniyyət nazirinin müavini Səadət xanım giriş nitqi söylədi və kino işçilərini bayram münasibətilə təbrik etdi. 

Daha sonra film müsabiqəsinin qaliblərinə mükafatlar, fəxri fərmanlar təqdim edildı. Sonda 1 animasiya və 4 qısametrajlı film nümayiş etdirildi. 

ETİBAR ƏLIYEV 
2 avqust 2025

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI