Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanın təbii qazı Suriya üçün ümid oldu

Azərbaycanın təbii qazı Suriya üçün ümid oldu
3-08-2025, 18:25 155 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

"Azərbaycan təbii qazının Suriyaya nəqli Türkiyənin bu ölkədəki enerji böhranının yüngülləşdirilməsində üzərinə götürdüyü rolun ən konkret örnəklərindən biridir".
bu barədə "Haber Global" telekanalında Azərbaycan təbii qazının Türkiyə üzərindən Suriyaya nəqlinə dair yayımlanan süjetlərdə bildirilir.
Qeyd olunur ki, Azərbaycan mavi yanacağının bölgəyə çatması Suriyada yaşayan bütün etnik qrupların gələcəyə dair ümidlərini artırır.
Süjetlərdə vurğulanır ki ki, təbii qaz öncə Hələbdə elektrik enerjisinə çevriləcək və ilk mərhələdə Tadmor, Dəməşq, Hama şəhərlərinə elektrik enerjisinin verilişi başlayacaq. Qarşıdakı dövrdə beş min ev təsərrüfatı elektrik enerjisi ilə təchiz ediləcək.
Azərbaycan qazının bölgədə məskunlaşacaq əhalinin sayının artmasına təkan verəcəyi və bunun Türkiyədən, Avropadan suriyalıların öz ölkələrinə qayıdışına müsbət təsir göstərəcəyi vurğulanır:
"Suriya üçün həyati əhəmiyyət kəsb edən enerji əməkdaşlığı ölkədə istehsal, təhsil və gündəlik həyata çox müsbət təsir edəcək".
Ətraflı süjetlərdə:

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI