Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Nərmin Mehdiyeva – Dövlətə sədaqətlə, şəhərinə sevgi ilə xidmət edən lider qadın

Nərmin Mehdiyeva – Dövlətə sədaqətlə, şəhərinə sevgi ilə xidmət edən lider qadın
30-07-2025, 13:49 552 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

31 iyul tarixində 35 yaşını qeyd edən Nərmin Mehdiyeva hazırda Sumqayıt Bələdiyyəsinin sədr müavini olaraq dövlət idarəçiliyində özünü peşəkar, prinsipial və yenilikçi qadın rəhbər kimi təsdiqləmişdir. Onun dövlətə və xalqa sədaqətlə xidməti, milli-mənəvi dəyərlərə sarsılmaz bağlılığı, Sumqayıtın sosial-iqtisadi inkişafına verdiyi töhfələrlə zəngin bir fəaliyyət yolunu əks etdirir.

Nərmin xanımın xüsusi xidmətlərindən biri də Sumqayıt Bələdiyyəsində vergi xidmətinin formalaşması və gücləndirilməsi olmuşdur. Onun təşəbbüsü və rəhbərliyi ilə vergi yığım sistemində səmərəlilik artırılmış, şəffaf və müasir idarəetmə mexanizmləri qurulmuş, nəticədə Sumqayıt Bələdiyyəsi ölkə üzrə vergi yığımında ön sırada yer alan bələdiyyələrdən birinə çevrilmişdir. Bu, təkcə idarəetmə uğuru deyil, eyni zamanda dövlətçilik ruhuna sədaqətin bariz göstəricisidir.

Onun rəhbərlik etdiyi sahələrdə mütərəqqi layihələr, vətəndaşla birbaşa təmasda olan təşəbbüslər, sosial rifaha və ədalətə yönəlmiş fəaliyyətlər daim diqqət mərkəzində olub. Erkən nikahlarla mübarizə, şəhid ailələrinin və qazilərin sosial müdafiəsi, qadınların cəmiyyətə inteqrasiyası, gənclərin fəallığının artırılması istiqamətində də Nərmin Mehdiyevanın imzası bir çox nümunəvi işlərdə görünməkdədir.

Onun fəaliyyəti bir çağırışla yekunlaşır:
“Dövlətə sədaqət, xalqa xidmət, şəhərə sevgi!”

Nərmin Mehdiyeva bu şüarla illərdir Sumqayıta dəyər qatan, ictimai maraqları şəxsi maraqlardan üstün tutan, peşəkarlığı ilə cəmiyyətə nümunə olan bir liderdir. Onu doğum günü münasibətilə təbrik edir, yeni yaşında yeni nailiyyətlər arzulayırıq!

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI