Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

MİLLİ MƏTBUAT GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB.

MİLLİ MƏTBUAT GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB.
23-07-2025, 13:57 499 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

İyulun 22-də Bakıdakı Atatürk Mərkəzində yazıçı Şərqiyyə Seyidovanın “Əsrin dahi lideri” kitabının təqdimatı və Mətbuat günü münasibəti ilə tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Himninin səslənməsi və ayrıca şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra müəllif Şərqiyyə xanım sözü gedən kitab haqqında iştirakçılara məlumat verdi.

Sonra çıxışlar başladı. Təsisçisi və rəhbəri kitabın müəllifi olan “Şanlı Azərbaycan televiziyası”nın diplomları Milli Mətbuatımızın 150 illik yubileyi münasibəti ilə bir qrup mətbuat işçiləri və jurnalistlərə təqdim edildi.

Sumqayıt  şəhər  Səid Rüstəmov adına 3 sayli Uşaq İncəsənət Məktəbinin  şagirdləri, Əsgərova Gülsurə müəllimənin yetirmələri olan Yusifov Əhliman və Şahbazov Yusif tar ifaçısı İıqar Əzizlinin müşayiəti ilə məclisə xüsusi rəng qatdılar. 

ETİBAR ƏLIYEV 
23 iyul 2025

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI