Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

22 İyul Milli Mətbuat -150

22 İyul Milli Mətbuat -150
20-07-2025, 19:15 420 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

​​​​Ümummilli lider Heydər Əliyev: "Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir."

Milli şüurun oyanışı və milli özünüdərk prosesində,milli düşüncənin formalaşmasında,dünya sivilizasiyası ilə  qaynayıb qarışmasında,bir sözlə, millətin inkişaf və  tərəqqisində mətbuat böyük rola malikdir.
     Dördüncü hakimiyyət sayılan mətbuat cəmiyyətdə nizamlayıcı,nəzarətçi rolunu  oynayır.İctimai fikrin formalaşması ,kütlələrin məlumatlandırılması bütün dövrlərdə  medianın əsas vəzifəsi olub. Bu gün əsas vəzifə onun geniş imkanlarından milli dövlət 
quruculuğunda, demokratik dəyərlərin bərqərar edilməsində, sivil vətəndaş cəmiyyətinin formalaşmasında, islahatların həyata keçirilməsində, insanların mənəvi saflaşmasında səmərəli istifadə etməkdən ibarətdir. Mətbuat həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir.
 Bu gün Azərbaycan xalqı ictimai-mədəni tarixinin önəmli səhifələrindən birini - milli mətbuatın yaranmasının 150-illiyini  qeyd edir. Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi olmuş anadilli mətbuatımız həm də çoxəsrlik yazılı tariximizin son 150 ilinin zəngin salnaməsini yaratmışdır.
  
                 Ulu öndər Heydər Əliyev 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşri ilə milli mətbuatımızın yaradılmasını 1918-ci ilin 28 mayında  Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasıilə reallaşan milli istiqlalımıza doğru atılan ilk addım kimi dəyərləndirmiş, anadilli jurnalistikamızın keçdiyi mərhələləri dövlətçilik məfkurəsinin formalaşması və yaşadılması yolunda misilsiz mücadilə kimi səc yyələndirmişdir.
 Zəfər Çalmış, Qələbə Qazanmış Bir Ölkə Kimi bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi böyük qürur və iftixar hissi ilə qeyd olunur. 150 il əvvəl, 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, ictimai xadim Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız bu gün zəngin inkişaf yolu keçərək dövlətçilik və ictimai fikir tariximizdə əvəzsiz rol oynamışdır.

Azərbaycan mətbuatı bu illər ərzində xalqın maariflənməsində, milli özünüdərkin formalaşmasında, istiqlal mübarizəsinin genişlənməsində və dövlətçiliyin bərqərar olmasında mühüm xidmətlər göstərmişdir. “Əkinçi” ilə başlanan bu yol “Molla Nəsrəddin”, “Füyuzat”, “İstiqlal” və digər qəzet və jurnallar vasitəsilə davam etmiş, milli azadlıq ideyalarını, elmin, mədəniyyətin, ədəbiyyatın inkişafını təşviq etmişdir.

Bu gün Azərbaycan mətbuatı, qələbə qazanmış bir ölkənin mətbuatıdır. 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi zəfəri, işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımızın ucaldılması mətbuatımızın qürurla yazdığı ən şanlı səhifələrdəndir. Azərbaycan jurnalistləri haqq səsimizi dünyaya çatdırmış, informasiya cəbhəsində də əsl qəhrəmanlıq nümayiş etdirmişlər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu gün qalib dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyub və milli mətbuatımız da bu tarixi prosesdə fəal iştirak edir. Mətbuatımızın əsas vəzifəsi bu gün milli maraqların qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, işğaldan azad olunmuş torpaqlarımızın bərpası və dünyada Azərbaycanın həqiqətlərinin təbliğidir.

Milli Mətbuatımızın 150 illiyi, əslində, yalnız mətbuat tariximizin deyil, həm də xalqımızın milli mübarizə iradəsinin və zəfər əzminin təntənəsidir. Bu gün biz həm “Əkinçi”nin banisi Həsən bəy Zərdabini, həm də bu müqəddəs missiyanı şərəflə daşıyan bütün mətbuat fədailərimizi ehtiramla yad edirik.Bu gün  zəfər çalmış bir ölkənin mətbuatı olaraq qürur  duyuruq. Gününüz  mübarək olsun əziz mətbuat nümayəndəlri.!

Gülşən Behbud

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI