Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

AJB-də HƏSƏN BƏY ZƏRDABİ ADINA MÜKAFATLAR TƏQDİM EDİLDİ.

AJB-də HƏSƏN BƏY ZƏRDABİ ADINA MÜKAFATLAR TƏQDİM EDİLDİ.
19-07-2025, 01:02 446 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

İyulun 18-də Azərbaycan Jurnalistlər Birliyində (AJB) Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə Həsən bəy Zərdabi adına mükafatın təqdimat mərasimi keçirildi.

Bu il mükafata 15 media nümayəndəsi layiq görülüb. Mükafatları AJB-in sədri, "Ayna-Zerkalo" qəzetinin rəhbəri Elçin Şıxlı və əməkdar jurnalist, professor Qulu Məhərrəmli təqdim ediblər.

 Həsən bəy Zərdabi adına mükafata layiq görülənlər sırasında qocaman jurnalist Nəzakət Əhmədova, science.gov.az-ın baş redaktoru Nərgiz Qəhrəmanova,  Niderland Jurnalistlər təşkilatının sədri Vüqar Abbasov, "İdman TV"nin baş redaktoru Aydın Əliyev, Qafqaz TV-nin direktoru Elton Qədimbəyli, Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mətbuat katibi Zeynəb Kazımova, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mətbuat katibi Mətin Məcidli, "Demokrat.az" xəbər portalının baş redaktoru Vasif Həsənli, "Yeniçağ.Ru" informasiya-analitik saytının əməkdaşı Cəmilə Çebotareva, Biləsuvarlı hərbi jurnalist Seymur Kazımov, araşdırmaçı-jurnalist Əhmədov, CBC kanalının əməkdaşı Oksana Vəliyeva, jurnalist-publisist Ramilǝ Qurbanlı, və digərləri layiq görülüblər.

Təltif edilən media nümayəndələri Azərbaycan Jurnalistlər Birliyinə təşəkkürlərini çatdırıblar, onlar təəssüratlarını bölüşüb, belə bir mükafata layiq görülmənin onlar üçün sevindirici olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, Həsən bəy Zərdabi adına mükafat jurnalistlər üçün təsis edilən ən vacib mükafatlardan biridir.

Xatırladaq ki, "Zərdabi" mükafatı 1990-cı illərin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin o zamankı sədri, mərhum jurnalist Hacı Hacıyevin təşəbbüsü ilə ilə təsis olunub. Laureatları Azərbaycan Jurnalistlər Birliyi Milli Mətbuat Günü ərəfəsində seçir. Bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir.

Mükafatlandırma mərasimində Azərbaycan Jurnalistlər Birliyinin yeni üzvlərinə də vəsiqələr təqdim olunub.

ETİBAR ƏLIYEV 
18 iyul 2025

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI