Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

🇦🇿🌹Xaçmazda şəhid analarının baş örtüyü qızılı kələğayı ilə dəyişdirildi.

🇦🇿🌹Xaçmazda şəhid analarının baş örtüyü                  qızılı kələğayı ilə dəyişdirildi.
21-06-2025, 12:36 218 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Azərbaycan Sahibkar Qadınlar" İctimai Birliyi ilk olaraq, "Şəhid analarının baş örtüyünü qızılı Kəlağayı ilə əvəz edək" adlı bir  layihə həyata keçirməyə nail oldu və layihə ictimaiyyət tərəfindən  çox  gözəl qarşılandı.
  8 Mart Qadınlar Günündən başlayan bu tədbirlər artıq regionlarda da həyata keçirilir. 
   İlk Ağdaş rayonundan başlanılan tədbir, 
      bu gün Xaçmaz rayonunda keçirildi.
  ASQİB - nin bu layihəsi Xaçmazda Heydər Əliyev Mərkəzində möhtəşəmliklə baş tutdu.
            Dövlət Himni səsləndirildi.
  Sonra şəhidlərimizin ruhuna dualar oxundu.
  ASQİB-nin sədri Zemfira Ağayeva  tədbir iştirakçılarına birliyin sahibkar qadınlarla apardığı işlər haqqında ətraflı məlumat verdi.
  Şəhid analarına layihələrindən  söz açdı. 
   Sonra birliyin fəaliyyətindən bəhs edən
               Videolar nümayiş olundu.
   Şəhid analarına qızılı kələğayılar hədiyyə
   olundu, həvəskə baş örtükləri dəyişdirildi. 
 Şəhid anaları, bu layihəyə görə təşəkkür etdilər və RİHB- sı Elnur Rzayevin onlara göstərdiyi qayğılardan ağızdolusu danışdılar.
  İH - nin nümayəndəsi Yaqut Məsimova RİHB- nın salamlarını çatdıraraq, şəhid analarına can sağlığı arzuladı bə Şərqiyyə Əliyevaya yeni təyinatında uğurlar arzuladı.
   Daha sonra ASQİB - nin Xaçmaz rayon şöbəsinin yaradılması məsələsi səsə qoyuldu. Rayonda xeyriyyəçiliyi ilə tanınan,  "Tikinti Materiallarının Ticarəti" MMC - nin rəhbəri Şərqiyyə Əliyeva səs çoxluğu ilə Xaçmaz Rayon  Sahibkar Qadınlar Birliyinin sədri təyin olundu. Təbrik edirik!!!
   Tədbirdə iştirak edən sahibkar qadınlar da bu tədbirin təşkilinə görə, şəhid analarına göstərilən qayğıya görə Birlik rəhbəri Zemfira Ağayevaya təşəkkür etdilər və Şərqiyyə Əliyevaya da uğurlar arzuladılar.
      SONDA XATİRƏ ŞƏKLİ ÇƏKİLDİ.

           YASƏMƏN MÖHÜBBƏTQIZI 
    ASQİB sədrinin Regionlar üzrə müavini
           AJB- nin üzvü,  İctimai Xadim
                  Beynəlxalq Sülh Səfiri.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI