Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr edilmiş Beynəlxalq tədbir keçirilib.

Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr edilmiş Beynəlxalq tədbir keçirilib.
20-06-2025, 11:03 174 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

İyunun 19-da Bakının Yasamal rayonunun Heydər Əliyev Mərkəzində xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr edilmiş Beynəlxalq tədbir keçirilmişdir. 

Musiqili-bədii kompozisiya ilə müşayiət olunan Beynəlxalq tədbiri tarix üzrə fəlsəfə doktoru, əməkdar İncəsənət işçisi, Yasamal rayonu MKS-nin direktoru Lətifə  Məmmədova giriş sözü ilə açdı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Lətifə xanım dahi şairin həyat və yaradıçılığı haqqında məlumat verdi, ilin əvvəlində onun 100 illik yubileyinin keçirilməsi haqqında olan Prezident Sərəncamını xatırlatdı.

Bu beynəlxalq tədbirdə yerli Bəxtiyarşünas alim və tədqiqatçılarımızla yanaşı  Türkiyədən gəlmiş alimlər Sevilgül Şahin və Süheyla Karaca, Norveçdə Azərbaycan dilini də tədris edən həmyerlimiz olan gənc müəllimə də  iştirak edirdilər.

Tədbirdə bədii qiraətçulər şairin şeirlərini səsləndirdilər, onun sözlərinə yazılmış mahnıları ifa etdilər. Sairin həyat və yaradıcılığı ilə əlaqədar bir neçə videoçarx da mümayiş etdirildi.

Tədbir həqiqətən də dahi şair, görkəmli dramaturq, ədəbiyyatşünas, akademik Bəxtiyar Vahabzadənin adına layiq olan səviyyədə keçdi. 

Etibar Əliyev 
Bakı. 20 iyun 2025

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI