Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sona Abbasəliqızının 4 cilddən ibarət “Seçilmiş Əsərlər” seriyasının nəşri münasibətilə səmimi təbriklərimizi bildiririk!

Sona Abbasəliqızının 4 cilddən ibarət “Seçilmiş Əsərlər” seriyasının nəşri münasibətilə səmimi təbriklərimizi bildiririk!
20-06-2025, 01:19 390 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Azərbaycan ədəbiyyatında öz dəsti-xətti, dərin ruhu və Vətən sevgisi ilə seçilən Qərbi Azərbaycandan olan yazıçı  Sona Abbasəliqızının 4 cilddən ibarət “Seçilmiş Əsərlər” seriyasının nəşri münasibətilə səmimi təbriklərimizi bildiririk!

Əziz Sona xanım!

Sizin illərlə çəkdiyiniz zəhmətin, bədii düşüncə gücünüzün və mənəvi dünyanızın bəhrəsi olan bu çoxcildli nəşrin SOCAR-ın dəstəyi ilə oxuculara təqdim olunması, həm ədəbiyyatımız, həm də milli-mədəni yaddaşımız üçün böyük hadisədir.
“Seçilmiş Əsərlər” təkcə bir yazıçının həyat salnaməsi deyil, bir bölgənin, bir millətin, bir dövrün qəlbdən süzülən aynasıdır. Hər cilddə oxucunu düşündürən, ruhunu oxşayan, onu həm keçmişə, həm də gələcəyə aparan dərin bir həqiqət yatır. Siz bu əsərlərlə sözə sədaqətin, doğma torpağa bağlılığın və vətəndaş mövqeyinin əbədi izini qoyursunuz.
Bu möhtəşəm nəşr münasibətilə sizi ürəkdən təbrik edir, Sizə yaradıcılığınızda davamlı uğurlar, sağlamlıq və bitib-tükənməyən ilham arzulayıram. Qələminiz daim ucalarda olsun!✍️

Hörmətlə:
Kamran Orucov
VETENİM-AZERBAYCANDİR.AZ informasiya portalının baş redaktoru.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI