Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda çıxış edib

Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda çıxış edib
17-06-2025, 23:06 52 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində təşkil edilən "Resursların dayanıqlılığının təşviqi" adlı panel sessiyada çıxış edib.
bu barədə nazir özünün "X" hesabında paylaşım edib.
"Enerji, su və qida sistemlərinin qarşılıqlı əlaqələrindən düzgün istifadənin əhəmiyyətini vurğuladıq. Dayanıqlı inkişaf öhdəliklərinə əməl olunması, karbonsuzlaşma, iqlim fəaliyyətini sürətləndirən tərəfdaşlıqların gücləndirilməsi, innovativ həllərin tətbiqi kimi faktorlar bu kontekstdə önəm kəsb edir", - deyə nazir paylaşımında qeyd edib.
***11:20
İqtisadiyyat Nazirliyi və OPEC Beynəlxalq İnkişaf Fondu arasında əməkdaşlıq istiqamətlərinə dair Ölkə üzrə Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb.
bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, sənəd OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində fondun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşdə imzalanıb.
Nazir qeyd edib ki, 2025-2030-cu illəri əhatə edən sənəd sənaye, bərpa olunan enerji, nəqliyyat, infrastruktur və digər sahələrdə dövlət və özəl sektor layihələrinin dəstəklənməsini nəzərdə tutur. Bu istiqamətdə həyata keçiriləcək təşəbbüslər iqlim maliyyələşməsi, inklüziv artım, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək.
"Fondun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşdə qarşılıqlı əlaqələrin ölkəmizin enerji sektorunun şaxələndirilməsinə töhfə verdiyini qeyd etdik. bərpa olunan enerji, infrastruktur və texniki yardım sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik",- deyə M.Cabbarov əlavə edib.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI