Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

MİLLİ KİMLİK VƏ MAARİF:BİR MİLLƏTİN İKİ QURTULUŞU

MİLLİ KİMLİK      VƏ MAARİF:BİR     MİLLƏTİN İKİ     QURTULUŞU
16-06-2025, 11:18 484 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Hər bir xalqın tarixində onun varlığını əks etdirən iki amil vardır:milli kimlik və maarif.Zamanla bu məfhum xalqımızın varlığını,tərəqqisini təmin etmiş və bizi bir millət olaraq birləşdirmişdir.Bu kimliyin qorunması üçün təkcə birləşmək kifayət deyil,onu inkişafa sövq edən maarifli bir nəsil yetişdirmək lazımdır.
 Bu gün müstəqil dövlətçiliyimizin ən böyük uğurlarından biri dövlət siyasətinin mərkəzində həm milli-mənəvi dəyərlərin qorunması həm də təhsilin,elmin,maarifin inkişafı dayanır.Bununla da biz güclü,müstəqil ,təhsilli,özünə güvənən bir millət kimi mövcud ola bilərik.
  Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü liseydə möhtəşəm "Son Zəng"qeyd edildi.Tədbir "2025ci il Konstitusiya və suverenlik ili"çərçivəsində 15 iyun "Milli Dirçəliş Günü"nə həsr olunmuşdur.Tədbir Azərbaycanın  Dövlət Himni səsləndirilməsi ilə başlandı.Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Qürur mənbəyimiz olan Azərbaycan Respublikasının Dövlət Bayrağı musiqi sədaları altında meydana gətirildi.Tədris ilində iş fəaliyyəti və nümunəvi davranış ,yüksək nailiyyət əldə edən məzunlar Fəxri fərmanla təltif edildi.
Tədbirimizdə fəxri qonaqlar sayılan Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi mayor Tariel Didarov,Quba-Xaçmaz Regional Təhsil İdarəsi təhsilin keyfiyyəti sektorunun məsləhətçisi Məmmədşah İsrafilov,Vətən müharibəsi şəhidi Pirseyidov Elnurun həyat yoldaşı və eyni zamanda liseyin valideyni Pirseyidova Gülnar xanım,Vətən müharibəsi iştirakçısı,məktəbin hərbi müəllimi Palkovnik Leytinant Əşrəf Rəhimov çıxış edərək məzunlarımızı təbrik etmiş ,onlara xoş arzularını çatdırmışdır.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI