Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sədaqətli ömür yoluna, müdrik qadına ehtiramla Üzünü görmədən sevdiyim qadın!

Sədaqətli ömür yoluna,  müdrik qadına ehtiramla        Üzünü görmədən        sevdiyim qadın!
15-06-2025, 15:50 440 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

​​​​Hələ Mərkəzi Komitədə çalışdığım dövrdə haqqında eşitdiyim xoş sözlərdən sonra Sədaqət xanıma qarşı böyük ehtiramım və mənəvi bağlılığım yaranmışdı.

  Bu gün biz yalnız bir ömrün keçmişini deyil, bir ömürlük fədakarlığın, vicdanın, zəhmətin və zərifliyin; xalqına, dövlətinə, cəmiyyətə həsr olunmuş zəngin və mənalı həyat yolunu –  şərəfli bir ömür yolunu qeyd edirik.

Bu ömür yolunun adı – 
Sədaqət Qəhrəmanovadır.

Adı kimi özü də sədaqətli, qəhrəman və xalqına bağlı olan bu dəyərli xanım, ömrünün hər mərhələsində məsuliyyətin  və vətən sevgisinin simvoluna çevrilmişdir.

Həm zərif bir ana kimi, həm də müdrik bir rəhbər kimi cəmiyyətimizdə dərin iz buraxan zəhmli baxışlarının arxasında mehriban və qayğıkeş bir ürək daşıyan Sədaqət Qəhrəmanova, əslində təvazökar, müdrik bir ömür yolunun sahibidir.

Sədaqət xanım uzun illər ərzində partiya və sovet orqanlarında, Əli Bayramlı (indiki Şirvan) şəhərində birinci katib kimi və daha sonra İcra Hakimiyyətində rəhbər vəzifələrdə çalışaraq, dövlətçiliyimizin və cəmiyyətimizin inkişafına mühüm töhfələr vermiş və  insan qəlbinin dilini anlayan bir ruh sahibi kimi tanınmışdır. 
Onun Heydər Əliyev kimi tarixi şəxsiyyətlə görüşlərdən aldığı yüksək təəssüratlar, zəngin idarəçilik təcrübəsi, prinsipial mövqeyi və eyni zamanda mülayim, zərif davranışı onu hər kəsin hörmətini qazanan bir şəxsiyyətə çevirmişdir. 

Bu gün isə o, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində sədr müavini kimi fəaliyyət göstərərək, təkcə qanunlarla yox, qəlblərlə çalışan bir rəhbər kimi sayılıb-sevilir. Onun təşəbbüsü ilə keçirilən layihələr — gender bərabərliyindən tutmuş, erkən nikahların və məişət zorakılığının qarşısının alınmasına qədər – cəmiyyətə işıq tutan maarif fənərlərinə çevrilmişdir.

Sədaqət xanımın əməyinə verilən qiymət isə onun şəxsiyyətinə verilən dəyərin göstəricisidir. O, “Şöhrət” ordeni, 2-ci dərəcəli “Əmək” ordeni  və “Əməkdar Dövlət Qulluqçusu” fəxri adı ilə təltif olunaraq , Azərbaycan dövlətçiliyinə və ictimai-siyasi həyatına verdiyi töhfələrin dəyəri təsdiqlənmişdir.
Bu mükafatlar onun şəxsiyyətinə verilən qiymət olmaqla yanaşı, qadının zəhməti, zəkası və fədakarlığının da cəmiyyətə necə yol açdığını sübut edir. 

Sədaqət Qəhrəmanovanın həyat yolu bir məktəbdir - vətənə ,xalqa olan sədaqətin bariz nümunəsidir.
    O, öyrədir ki, qadın olmaq zəiflik deyil, zəkanın və sədaqətin zirvəsidir.

  "AQRC"İ.B. sədri
   Bahar Qasımova

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI