Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İsrailin İranın nüvə obyektinə hava zərbəsi endirib

İsrailin İranın nüvə obyektinə hava zərbəsi endirib
14-06-2025, 00:07 109 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ


İsrailin İrana hücumu bu gün də davam edib.
"The Times of Israel"mənbəsinə istinadən xəbər verir ki, İsrail hərbi hava qüvvələri 13 iyun 2025-ci ildə axşam saatlarında İranda yerləşən "Fordow" yeraltı uran zənginləşdirmə obyektinə hava zərbəsi endirib. Bu barədə İran dövlət mediası iki güclü partlayış səslərinin eşidildiyini və İsrail dronunun ərazidə vurulduğunu xəbər verib 
Əməliyyat çərçivəsində məqsəd Natanz və digər nüvə obyektlərini vurmaq olmaqla yanaşı, "Fordow" da hədəfə daxil edilib . ABŞ-ın dəstəyi olmadan həyata keçirilən bu hücum "Operation Rising Lion" adı ilə tanınır və İsrail tərəfindən İranın nüvə potensialını məhdudlaşdırmaq məqsədi daşıyır 
İran mənbələrində isə qeyd edilir ki, Tehran yaxınlığında müxtəlif ərazilərdə partlayış səsləri eşidilib.
Fars xəbər verir ki, yerin bir neçə yüz metr dərinliyində yerləşən Fordodakı nüvə obyekti ərazisində iki partlayış qeydə alınıb.
Həmçinin, məlumata görə, Həmədana da yeni zərbələr endirilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI