Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şəhid ailələri bizim əmanətimizdir.

Şəhid ailələri bizim əmanətimizdir.
7-06-2025, 21:57 232 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Qurban bayramı - mərhəmətin, paylaşmağın və vəfa borcunun zirvəsidir.

Bu müqəddəs bayramda Sumqayıt Bələdiyyəsinin rəhbərliyi başda olmaqla bələdiyyəmizin üzvləri, əməkdaşları şəhidlərimizin müqəddəs ruhuna ehtiramımızı bir daha ifadə etmək, onların bizə əmanət qoyduğu ailələri ziyarət etmək, aztəminatlı ailələrlə həmrəylik göstərmək məqsədilə görüşlər keçirdik. Bayram günündə tək qalan bir ana,ata, şəhid yoldaşı, şəhid balalarımız, şəhid ailəmiz göz yaşını gizlədə bilər, amma biz o göz yaşlarını görməyə və silməyə borcluyuq. Biz bu vətəni şəhidlərimizin canı, qazilərimizin qanı, müharibə iştirakçılarımızın və xalqımızın duaları ilə qoruduq. Bu gün bizə düşən, onların ailələrini yalnız bayram günlərində deyil, hər zaman yanlarında olduğumuzu hiss etdirməkdir.Aztəminatlı ailələrimizin süfrəsinə bir isti təbəssüm, bayram sevincini aparmaq bizim üçün yalnız vəzifə deyil, həm də vicdan məsələsidir.Biz birlikdə güclüyük - birliyin, paylaşmanın və xeyirxahlığın bayramını yaşatmaqla daha işıqlı gələcək qururuq.Sumqayıt Bələdiyyəsi olaraq inanırıq ki, Qurban bayramı yalnız qurban kəsmək deyil, həm də ürəkləri fəth etmək, insanı insana daha yaxınlaşdırmaq bayramıdır.Bu dəyərli gün münasibətilə xalqımızı, xüsusilə şəhid ailələrimizi və ehtiyac sahibi vətəndaşlarımızı bir daha təbrik edir, hər evə ruzi, hər qəlbə dinclik, hər ailəyə birlik və sevinc arzu edirik.

Qurban bayramınız mübarək olsun!

#Qurban Bayramı

#SumqayıtBələdiyyəsi

#ŞəhidAilələrinəDəstək

#AztəminatlıAilələrəQayğı

#PaylaşmaqMərhəmətdir

#BayramdaBirlik

#BirlikdəGüclüyük

#UnutmayaqUnutdurmayaq

#ŞəhidlərÖlməzVətənBölünməz

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI