VETENİM-AZERBAYCANDİR.AZ
Azərbaycanın işğaldan azad olunmuş Laçın şəhərində baş tutan Azərbaycan–Türkiyə–Pakistan Zirvə Görüşü, bölgənin geosiyasi arenasına yeni görünüş verməklə yanaşı, türkdilli və İslam dünyasının strateji əməkdaşlığında yeni səhifə açdı. Bu zirvə, yalnız üç dövlətin rəsmi nümayəndələrinin görüşü deyil, həm də ortaq tarixin, mədəniyyətin və siyasi maraqların birləşdiyi bir platforma oldu. Laçında bu görüşün keçirilməsi isə xüsusi simvolik məna daşıyırdı.
Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra regionun sülh, əməkdaşlıq və inkişaf məkanı olacağını göstərir.
44 günlük tarixi qələbəmiz zamanı da bu qardaşlığın ən bariz nümunələri hər kəsin yaddaşındadır.
Laçın şəhərindəki Zirvə Görüşünün Tarixi Kontekstinə nəzər salaq.
Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələr tarixi baxımdan dərin köklərə malikdir. Hər üç ölkə müsəlman dünyasında mühüm geosiyasi mövqeyə malik olmaqla yanaşı, ortaq dini, mədəni bağlarla da sıx əlaqəlidirlər. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuş, Qarabağ münaqişəsində daim ölkəmizin haqlı mövqeyini dəstəkləmişdir. Türkiyə isə həm qardaşlıq, həm də strateji müttəfiqlik baxımından Azərbaycanın yanında dayanmışdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra bu üçlük arasında münasibətlər daha da sıxlaşmış və 2021-ci ildə keçirilən “Üç Qardaş” hərbi təlimləri bu əməkdaşlığın ilk praktiki təzahürü olmuşdur.
Gəlin düşünək, bəs bu zirvə görüşünün əsas məqsədləri nələr idi. Əslində Laçın Zirvə Görüşü bir neçə əsas məqsədə xidmət edirdi.
Birinci qeyd edəcəyimiz siyasi həmrəylik. Qarabağın azad olunması və işğaldan azad edilən ərazilərdə aparılan bərpa işlərinə dəstək.
Regional sabitlik və təhlükəsizlik.
Üç ölkənin regional təhlükəsizliyə dair ortaq yanaşmasının müəyyənləşdirilməsi.
İqtisadi və ticarət əməkdaşlığı.
Mədəni və humanitar sahədə əməkdaşlıq. Təhsil, mədəniyyət, elm sahələrində birgə layihələrin təşkili.
İqtisadi əməkdaşlıq və infrastruktur layihələri.
Mədəni və Humanitar əlaqələr.
Zirvədə qəbul edilən qərarlar sırasında təhsil və mədəniyyət sahəsində birgə proqramların icrası da yer alıb. Laçında keçirilən görüş bu bölgənin təkcə hərbi və siyasi cəhətdən deyil, həm də elmi və mədəni baxımdan bir mərkəzə çevrilməsi üçün start nöqtəsi olacaqdır.
Laçında baş tutan Azərbaycan–Türkiyə–Pakistan Zirvə Görüşü tarixi bir hadisə olmaqla yanaşı, regionun gələcək geosiyasi və iqtisadi trayektoriyasını müəyyənləşdirən mühüm mərhələdir. Bu üç dövlət arasında yaranmış yeni əməkdaşlıq modeli həm İslam dünyası, həm də qlobal cəmiyyət üçün mühüm nümunədir.
Zirvə göstərdi ki, ortaq tarixə, mədəniyyətə və strateji maraqlara əsaslanan əməkdaşlıq regional sabitlik və rifah üçün effektiv vasitə olacaqdır.
Nəhayət Şirinova
Heydər Əliyev Lektoriyasının müdiri.