Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Türkiyə və Gürcüstan din xadimləri Ağdamda olub

Türkiyə və Gürcüstan din xadimləri Ağdamda olub
31-05-2025, 20:55 88 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Türkiyə və Gürcüstan din xadimlərinin azad edilən ərazilərə səfəri başa çatıb.
din xadimləri Ağdam şəhərinə səfərlərini ermənilərin tamamilə dağıtdığı Şəhidlər xiyabanından başlayıblar.
Qonaqlara Şəhidlər xiyabanının tamamilə məhv edilməsi, məzarlardan qalıqların çıxarılaraq atılması barədə məlumat verilib. Din xadimləri bərpa edilən qəbirləri ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar.
Səfər zamanı qonaqların dayandığı növbəti məkan isə işğaldan azad edildikdən sonra əsaslı təmir edilən Ağdam Cümə məscidi olub. Onlara məscid barədə məlumat verilib, işğaldan əvvəlki fotoları təqdim edilib.
Daha sonra İmarət Kompleksinə gələn din xadimlərinə bu yerin tarixi, işğaldan öncəki və işğal dövrünü əks etdirən fotoları təqdim edilməklə məlumatlar verilib. Qonaqlar yenidən qurulan İmarət Kompleksinin ərazisini gəzərək ziyarət ediblər.

Qalereya




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI