17:26 - "ASAN xidmət"də çalışanlara maaş yeni qayda ilə veriləcək
17:21 - Vəkillər Kollegiyasından mühüm qərarlar - Yeni büro yaradılır
17:20 - Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir
17:18 - Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ: Strateji sazişlər və qlobal layihələr
17:14 - İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib
17:13 - Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
21:23 - Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək
21:22 - Abbas Əraqçi ilə Ceyhun Bayramov regiondakı vəziyyəti müzakirə ediblər
21:21 - Şuşada tarixi yaşayış binası təmir ediləcək - 1,4 MİLYONLUQ LAYİHƏ
21:18 - "BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir
21:14 - Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib
21:13 - Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında üzv təşkilatların rəhbərləri ilə müzakirələr aparılıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) üzv təşkilatların rəhbərləri ilə görüş keçirilib.
Konfederasiya sədri Sahib Məmmədov ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması və istirahətinin təşkili ilə bağlı görülən işlərdən danışıb, sanatoriyalara və istirahət mərkəzlərinə yollayışların verilməsi prosedurunun sadələşdirilməsi istiqamətində atılan addımları qeyd edib.
Hazırda “Kurort” Turizm İnformasiya Mərkəzində 35-dən çox əməkdaşın vətəndaşlara xidmət göstərdiyini vurğulayan Konfederasiya sədri iyun ayından etibarən E-AHİK elektron rezervasiya sisteminin də istifadəyə veriləcəyini və vətəndaşların yollayışları tam elektron qaydada əldə edəcəklərini diqqətə çatdırıb.
Sonra yollayışların verilməsində tətbiq olunan yeniliklərlə bağlı videoçarx nümayiş olunub.
Görüşdə yollayışların verilməsi, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Respublika İttifaqı Birliyi tərəfindən həyata keçirilən və nəzərdə tutulan tədbirlər, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti barədə məlumatlar dinlənilib.
Sonra müzakirələr aparılıb, təkliflər dinlənilib, işlərin səmərəliliyinin daha da artırılması üçün tədbirlər müəyyənləşdirilib.
Bu tədbirlər və tətbiq olunan yeniliklər sanator-kurort xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, şəffaflığın və operativliyin daha da artırılmasına xidmət edir.




