VETENİM-AZERBAYCANDİR.AZ
Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunda diaspora təşkilatları və ermənilərin törətdikləri soyqırımları barədə tədbir keçirilib. “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əli-zadə, MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov, Fondun idarə heyəti və əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri açılış sözü ilə MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov acaraq gələn qonaqları salamlayaraq bildirdi ki, ki, dəyişən dünyamızda dünya azərbaycanlılarının həmrəyliyi daha aktual məsələyə çevrilib. Vətənimizdən uzaqda olan hər kəs, həmçinin Azərbaycanda yaşayan soydaşlarımız indi daha çox mənəvi bağlar qurmalıdır. Eləcə də birlik-bərabərlik yolunda daha çox işlər görülməlidir.Daha sonra çıxış edən “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əli-zadə tədbirin səmərəli təşkilinə , görə MİMTA icraçı direktoru Pərviz Əmirova təşəkkürünü bildirdi və dedi ki, belə tədbirlərin ardıcıl keçirilməsi çox vacibdir. . Tofiq Əli zadə, sözünə davam edərək xaricdəki Azərbaycan diaspora təşkilatlarının bu günki fəaliyyətləri və onların milli birlikləri və uzun illər ərzində dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində atdıqları addımlardar, xarici ölkələrə həyata keçirdikləri müxtəlif tədbirlərdən barədə eyni zamanda da son 300 ildə ermənilər tərəfindən Azərbaycanda törədilmiş soyqırımı hadisələri ətrafında geniş fikirlər soylədi. Deyildi ki, Dünya Azərbaycanlılarının həmrəyliyi naminə, vahid düşüncədə toplaşmaları üçün mühüm işlər görülməlıdir, T.Əli-zadə həmçinin tarixən ermənilərin biz Azərbaycanlılara qarşı etdikləri zülmlərdən, onların türklərə qarşı xüsusi nifrət və kin bəsləməsindən və Azərbaycan xalqına qarşı müxtəlif vaxtlarda həyata keçirdikləri soyqırımılardan bəhs etdi. T.Əli-zadə bildirdi ki, tarixən erməni daşnaklarının bizlərə qarşı törədikləri soyqırımılar, təkcə Azərbaycan sərhədləri daxilində qalmayıb, ermənilər fərqli ölkələrdə də azərbaycanlılara və türklərə qarşı müxtəlif riyakar addımlar atıblar. Natiq gənclərə xitab edərək vurğuladı ki, gənclərimiz Azərbaycan tarixini yaxşı oyrənməlidirlər.İndiki gənclərimiz, gələcək Azərbaycanın ziyalılari, alimləri,tarixçiləri, elm adamları olacaqlar Ona görə də gənclərimiz daha savadlı inkişaf etməli və ermənilərin tarixən biz Azərbaycanlılara qarşı dörətdikləri vəhşiliklərini heç vaxt unutmamalı, həmçinin tariximizin bu qaranlıq səhifələrini yaxşı öyrənməliyik T.Əli-zadə həmçinin son 300 ildə Birinci Pyotr və digər rus liderləri timsalında Rusiyanın ermənilərə havadarlıq etməsinə, ermənilərin isə onlardan güc alaraq anti-Azərbaycan addımlar atmağa cəsarətlənməsi reallığına toxunub Tədbirdə həmçinin Azərbaycan yazicılar birliyinin üzvü.qızıl qələm mükafatcisi , şairə Aygün Hüseyn də iştirak edib.
Daha sonra auditoriyanın sualları dinlənilib və cavablandırılıb.

