Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirilib

Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirilib
25-05-2025, 21:47 110 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
bu gün həmçinin Xankəndi şəhərində də qəbul imtahanı baş tutub.
Qarabağ Universitetində keçirilən imtahanda Xankəndi, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak ediblər.
Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə veriblər. İmtahanda ümumilikdə 51 abituriyent iştirak edib.
***09:13
Bu gün 51 abituriyent Xankəndi şəhərində II və III ixtisas qrupları üzrə qəbul imtahanı verəcək.
bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Qeyd edək ki, bu işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır.
Məlumata əsasən imtahan Qarabağ Universitetində keçiriləcək.
İmtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verəcəklər.
Qeyd edək ki, imtahan sənədləri və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə abituriyentlər və onları müşayiət edəcək valideynlərinin Xankəndi şəhərinə səfərinə icazə verilir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI