Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Legend Company MMC şirkəti "RM ART" studionun Rəhbər və Rəssam tələbələrinə Şuşada tədbir təşkil etdi

Legend Company MMC şirkəti "RM ART" studionun Rəhbər və Rəssam tələbələrinə Şuşada tədbir təşkil etdi
18-05-2025, 20:03 447 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Azərbaycan xalqının Əbədi yaşar Lideri,Ulu öndərimiz Heydər Əliyevin 102 illik il dönümü ilə bağlı Şuşa şəhərində "LEGEND COMPANY" MMC şirkətinin təsisçi rəhbəri Əfsanə Nəbiyeva mötəbər tədbir keçirib.Tədbir Azərbaycan Dövlət Pedaqoji fso ardı uje bellidir. 
 Leqend Compony MMC şirkətinin təsisçi direktoru Əfsanə Nəbiyevanın təşkilatçılığI ilə Azərbaycan Dövlət Pedaqoji universiteti nəzdində  Azərbaycan Dövlət Pedaqoji kollecinin müəllimi, "RM ART" studionun təsisçi rəhbəri, Qabaqcıl təhsil işçisi Rəsmiyyə Mahmudova və tələbələri ilə mədəniyyət paytaxtı Şuşa şəhərində Ulu Öndərimiz Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən sərgi-tədbir olmuşdur. 
“Qarabağ Azərbaycandır!” adlı milli və qarışıq üslubda keçirilən sərgidə şəhid ailə üzvüləri iştirak ediblər: Fərhadova Pərvin, Fərhadova Aysu, Cəfərov Babacəfər, Cəfərova Sitarə, Şirəliyeva Səadət, Talıbova Sahibə, Həsənova Südabə, Həsənova Sevda.                               
Sərgi-tədbirin fəxri qonaqları Beynəxalq Qaleriyanın direktoru, ARİ-nin fəxri üzvü Elnurə İsgəndərova, rəssam Fərəh Babayeva, Psixoloq, Fizioterapevt, Xeyriyyəçi iş xanımı  Dürdanə Musayeva, Riyaziyyat müəlliməsi Ələkbərova Nuranə olmuşdur.                                
Sərgidə 22 rəssamın 25 əsəri nümayiş olunub. Hər bir əsər maraqla izlənib və gələcək rəssamlara bu yolda uğurlar arzulanıb.                                                                    
Sonda istirakçılara hədiyyə və sertifikat təqdim olunub. 
Tədbir iştirakçıları Şüşa qalasında, İsa bulağında “Qarabağ Azərbaycandır!” şüarları səsləndiriblər. 
Xatırladaq ki, Rəsmiyyə Mahmudova saysız-hesabsız şəhid və qazi portiretlərinin müəllifi, işğaldan azad olunan torpaqlarımızı kətan üzərinə əks etdirən eləcədə keramaka üzərində şəhid rəsmlərini sevə-sevə işləyən vətənpərvər rəssamdır.














 












 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI