17:26 - "ASAN xidmət"də çalışanlara maaş yeni qayda ilə veriləcək
17:21 - Vəkillər Kollegiyasından mühüm qərarlar - Yeni büro yaradılır
17:20 - Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir
17:18 - Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ: Strateji sazişlər və qlobal layihələr
17:14 - İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib
17:13 - Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
21:23 - Qazaxıstan Prezidenti bu il Azərbaycana səfər edəcək
21:22 - Abbas Əraqçi ilə Ceyhun Bayramov regiondakı vəziyyəti müzakirə ediblər
21:21 - Şuşada tarixi yaşayış binası təmir ediləcək - 1,4 MİLYONLUQ LAYİHƏ
21:18 - "BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir
21:14 - Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib
21:13 - Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib
“VİP” Mərkəzinin Ulu Öndərə həsr olunmuş tədbiri uğula baş tutdu
General-mayor Həzi Aslanov adına Sumqayıt şəhər 22 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilən “Repressiya qurbanlarına Heydər Əliyev qayğısı; Hüseyn Cavidi anırıq” adlı tədbir Dövlət himninin səslənməsi ilə başladı. Məktəbin direktoru Tahirə Səfərova tədbir iştirakçılarını salamladıqdan sonra, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tahirə xanım Heydər Əliyev şəxsiyyətindən söz açaraq, tədbirin mahiyyətini qeyd etdi. Sonra sözü tədbirin təşəbbüskarı və təşkilatçısı olan, “Video-İnterneyşnl Prodüser” Mərkəzinin təsisçisi və Baş direktoru, AYB, AJB və AAB-nin üzvü, jurnalist, yazıçı-publisist Aygün Hacıyevaya verdi.
Aygün xanım ilk əvvəl tədbirin həyata keçirilməsi üçün imkan yaradan Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə xanım Abdullayevaya təşəkkürünü bildirdi.
Daha sonra o, tədbirin yüksək səviyyədə keçirilməsi üçün əlindən gələni əsirgəməyən Tahirə xanıma minnətdarlıq etdi. Həmçinin A.Hacıyeva Heydər Əliyevə həsr olunmuş sərginin təşkilində, gözəl səhnə tərtibatında...zəhməti keçən, məktəbin direktoru başda olmaqla, pedaqoji kollektivə, texniki işçilərə razılığını bildirdi və bundan sonra da birgə əməkdaşlığınuğurla davam edəcəyinə inandığını vurğuladı.
İlk təqdimat Şəhid ailələrinə aid oldu. Daha sonra dəvət olunan qonaqlar təqdim olundu. Nəhayət, söz əsas qonağa - Ulu Öndərin tapşırığı ilə uzaq Sibirdən Hüseyn Cavidin nəşini gətirmək üçün yaradılan komissiyanın sədri, o zaman Naxçıvan Vilayət Partiya Komitəsinin "İdeoloji işlər üzrə" katibi işləmiş polkovnik Həmid Cəfərova verildi.
Həmid Cəfərov Ulu Öndərin həyat yoluna nəzər salaraq, onun Azərbaycan tarixindəki misilsiz xidmətlərindən söz açdı. Heydər Əliyevin, digər sahələrə olduğu kimi, ədəbiyyatımıza olan xüsusi diqqətini vurğulayan natiq,onu da qeyd etdi ki, məhz Heydər Əliyevin diqqət və qayğısı, göstərişi sayəsində Azərbaycan ədəbiyyatının tanınmış mütəfəkkiri Hüseyn Cavidin nəşi uzaq Sibirdən doğma vətəninə gətirildi.
Həmçinin Heydər Əliyevin qərarı ilə, Hüseyn Cavid doğma yurdu olan Naxçıvanda torpağa tapşırıldı. Həmid Cəfərov dahi şəxsiyyətləri xoş xatirəylə yad edərək, onlar haqqında geniş məlumat verdi, H.Cavidin nəşinin gətirilməsi istiqamətində görülən işlərdən, üzləşdikləri çətinliklərdən danışdı.
Baş verən hadisələri özündə əks etdirən qısametrajlı filmin nümayişindən sonra, Həmid müəllim tədbir iştirakçılarının ona ünvanladığı sualları həvəslə cavablandırdı.
Tədbirdə məktəbin şəhidlərinin ailə üzvləri və şəxsən dəvət olunmuş qonaqlarla yanaşı, şəhər ictimaiyyəti və media nümayəndələri, qələm və iş adamları, QHT rəhbərləri, şəhər məktəblərində çalışan ədəbiyyat və tarix müəllimləri, məktəbin pedaqoji kollektivi iştirak edirdi.
Ən maraqlısı, tədbirə qonaq qismində dəvət alanməktəbin veteran müəllimlərinin və məzunların görüşüoldu.
Bu görüş tədbirə xüsusi bir rəng qatdı. Respublikanın tanınmış qiraətçisi Cəbrayıl Qənbərin (həmçinin müharibə iştirakçısı, hərbi mütəxəssis və s. titulların sahibi) və neçə-neçə müsabiqələrin qalibi olan,vətənpərvər, istedadlı məktəbli (rəssamlıq, rəqs, qiraət, mahnı ifası, aktyorluq üzrə), 4-cü sinif şagirdi Leyla Məmmədovanın ifasında səslənən şeirlər tədbir iştirakçıları tərəfindən alqışla qarşılandı.
Tədbirin sonunda Aygün Hacıyeva Həmid Cəfərova və tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi, məktəbin direktoru Tahirə xanım Səfərova başda olmaqla, mehriban və işgüzar kollektivə yaratdıqları şəraitə və göstərdikləri diqqətə görə minnətdarlıqetməklə, gələcək işlərində uğurlar dilədi. Daha sonra tədbir iştirakçıları səhnənin önündə təşkil olunmuş sərgi ilə yaxından tanış oldular.


