VETENİM-AZERBAYCANDİR.AZ
Heydər Əliyev! Dünya şöhrətli siyasət adamı, Azərbaycan xalqının böyük oğlu,
bütün cahan dövlət başçılarının daima hörmət və ehtiramını qazanmış güclü lider,
öz ağlı, uzaqgörən siyasəti ilə tarixə öz imzasını goymuş nəhəng insan, sadəliyi və
səmimiliyi ilə xalqın sevimlisinə çevrilən sadə Azərbaycanlı, usağla uşaq, böyüklə
böyük olmağı bacaran əsl insanlıq nümunəsi, bu günün, dünənin və sabahın lider
partiyası olan yeni Azərbaycan partiyasının yaradıcısı. ....
Görkəmli dövlət xadimi olan Heydər Əliyevin dünya dövlətçilik tarixində ilk dəfə
olaraq Ümummilli Lider statusu qazanan dahi şəxsiyyətdir.Ulu öndır Heydər
Əliyev öz xalqını zamanın mürəkkəb tarixi siyasi sıanqlarından uğurla çıxarmış və
ardıcıl mübarizə apararqq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin
və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub
saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Azərbaycan xalqının
ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik
dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir.
Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük
xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən
müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan
dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq
qarşısındakı xidmətləri misilsizdir. Xalqımızın yaddaşında yaradıcı, qurucu və
xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb.
Dahi, əvəzsiz şəxsiyyət, bənzərsiz ümummilli lider Heydər Əliyevin bütün dolğun
həyatı, tükənməz fəaliyyəti, parlaq ömrü, zəngin irsi və ümumən ona məxsus nə
varsa, hamısı Azərbaycan xalqı üçün çox dərin bir örnək nümunəsidir. Bu bir
həqiqətdir ki, Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən qurtardı,
müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu, ölkəni
inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir
dövlətə çevirdi. O, bir siyasətçi və dövlət xadimi kimi ən uca missiyasını
gerçəkləşdirərək müasir Azərbaycan dövlətinin memarı oldu və müasir tarixini öz
əlləri ilə yazdı. Bu şəxsiyyətin həyatını öyrənməyin, onun gördüyü işlərin,
başladığı layihələrin tarixi əhəmiyyətini dərk etməyin özü böyük bir tarixi məktəbi
bitirmək deməkdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq
dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu,
əsrlər boyu unudulmyacaq, çünki Azərbaycanın hər bir bölgəsində onun quruculuq
fəaliyyətinin silinməz izləri vardır.Ulu öndər, müasir Azərbaycanın memarı Heydər Əliyev Azərbaycan dövlətinin
tərəqqi və inkişaf yolunu böyük uzaqgörənliklə müəyyənləşdirmiş, xalqımızın
müstəqil dövlətçilik arzularını reallığa çevirmişdir. Azərbaycanda müstəqilliyin
əbədi, daimi, dönməz xarakter alması, sabitliyin yaranması, milli-mənəvi yüksəlişə,
sosial-iqtisadi inkişafa nail olunması ulu öndərin adı ilə bağlıdır.
Azərbaycan müstəqillik qazadıqdan sonra ölkəmizin qarşısında bir sıra mühüm
vəzifələr dayanırdı. Bunların və demək olar ki, ən başlıcası, demokratik inkişaf
yolu tutmaq idi. Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasında görmək
xalqımızın tarixən ən böyük arzusu olmuşdur.
Müasir Azərbaycanın milli dövlətçiliyinin memarı, ümummilli liderimiz Heydər
Əliyev həyatı boyu xalqa arxalanmışdı: “Mənim həyat amalım bütün varlığım
qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi,
mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik
və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə
yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün
uğurlarımı təmin edib”.
Zəmanəmizin dahisi, bənzərsiz şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin müdirk
rəhbəri ulu öndərimiz Heydər Əliyevin əməyi sayəsində Azərbaycan dünya
xəritəsində öz layiqli təcəssümünü tapdı.
Ümummilli Lider xalqımız qarşısında ən böyük xidmətlərindən birini – xilaskarlıq
missiyasını yerinə yetirdi. Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi və
məqsədyönlü siyasəti sayəsində xaosun, vətəndaş qarşıdurmasının qarşısı alındı və
sabitlik təmin edildi.
Müasir Azərbaycan dövlətçiliyinin yaradıcısı, dövlət müstəqilliyimizin, ərazi
bütövlüyümüzün, demokratik dəyərlərimizin qarantı, xilaskarlıq, quruculuq
missiyasını gerçəkləşdirən tarixi şəxsiyyət olan Heydər Əliyev cənablarının
böyüklüyünü, dahiliyini, heç kim dana bilməz. Heydər Əliyev öz möhkəm iradəsi,
və qətiyyəti, əzmi və mübarizliyi ilə ölkədə baş alıb gedən siyasi qarşıdurmanın,
xarici düşmənlərimizdən dəstək alan daxili separatçıların, xaos və hərc-mərcliyin
qarşısına sədd çəkib sabitliyi qoruyub saxladı. Azərbaycan xalqının böyük oğlu,
müasir Azərbaycan Respublikasının memarı və xilaskarı, Yeni Azərbaycan
Partiyasının yaradıcısı Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə
türk dünyasının görkəmli öndərlərindən biridir. Heydər Əliyev yeni tarix yaradan
dövlət xadimi olmuşdur. Həyatı daima xalq və haqq yolunda mübarizədə keçən bu
dahi insan məhz özünün fitri istedadi, yüksək intellekti, fenomenal yaddaşı,
rəhbərlik məharəti, cəsarəti, mərdliyi, güclü iradəsi, idarəçilik mədəniyyəti, böyük
həyat və dövlətçilik təcrübəsi ilə bütün bu çətinliklərin öhdəsindən ləyaqətlə
gəlmiş, Azərbaycan xalqını və dövlətini məhv olmaq təhlükəsindən xilas etmiş,
ölkəmizi iqtisadi tənəzzüldən inkişaf və tərəqqi yoluna çıxarmışdır. Azərbaycanın
taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Xalqın ictimai-siyasi və
mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Bir
qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər
Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu
ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçünqəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Müasir tariximizə ən
böyük azərbaycanlı kimi həkk olunmuş Heydər Əliyev dövrün ən sərt və çətin
sınaqlarından keçərək, qədirbilən xalqımıza milli dövlətçilik ənənələrini vahid
sistem halına salaraq özünütəsdiq imkanı qazandırıb, müstəqil dövlətdə yaşamaq
və özünü idarə etmək haqqını qorumağı bacarıb. Bu gün ölkəmizdə elə bir sahə
yoxdur ki, orada Heydər Əliyev dühası hiss olunmasın.
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasətçinin yenilməz
iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib,
ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını
canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət
xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Ulu
Öndər Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və
əzmkarlıq ona əvəzsiz Ümummilli Lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin
fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar
dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Ümummilli Lider Heydər Əliyev
irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.
Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan
dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anım
günüdür.
Əsasını ulu öndərin qoyduğu müasir və güclü Azərbaycan Ordusu cəmi 44 günə
düşmənin silahlı qüvvələrini darmadağın etdi. Ata-baba torpaqlarımızın işğaldan
azad olunması ilə bitən möhtəşəm zəfərdə Ali Baş Komanda İlham Əliyevin də
qeyd etdiyi kimi Azərbaycan gəncləri əsas rolu oynadılar. Qorxmaz, igid
gənclərimiz canları və qanları bahasına torpaqlarımızı işğaldan azad edərək
adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar. Təbii ki, gənclərin belə
vətənpərvər, milli ruha sadiq yetişdirilməsində ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu gənclər siyasətin müstəsna əhəmiyyəti var. Vətən müharibəsi
Azərbaycanda vətənpərvər gənc nəslin yetişdiyini bir daha sübut etdi.
Ümummilli liderin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi Müstəqil Azərbaycan
tarixinin ən mühüm və silinməz səhifələrini təşkil edir. Bu gün ulu öndər Heydər
Əliyevin ruhu şaddır, Qarabağ işğaldan azad edilib. Üçrəngli Azərbaycan bayrağı
Şuşada, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Laçında,
ümumilikdə işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır. Tariximizin
gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və
müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu
illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələrindən biridir.
Ulu öndər Heydər Əliyev hər birimizin qəlbində öz əməlləri, ölməz ideyaları ilə
əbədi qalacaqdır. Əsrlər, qərinələr keçəcək, Azərbaycan xalqı yaşadıqca, Heydər
Əliyev də unudulmayacaq, daim xatırlanacaq. Onun möhkəm özüllər üzərində
qurduğu daxili və xarici siyasət kursu ölkəmizi daim irəliyə doğru aparacaq.
Müdrik şəxsiyyətin həyatının və fəaliyyətinin bütün istiqamətləri xalqımızınbugünü və gələcəyi üçün nurlu yoldur. Müstəsna xidmətləri ilə əbədilik qazanan
ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi
tükənməz həyat məktəbidir. Azərbaycan xalqının yaddaşına xilaskar, qurucu,
yaradıcı lider kimi həkk olunan bu dahi insan təkcə bizim yox, bütün dünya
azərbaycanlılarının fəxrinə çevrilmişdir. Heç kəs unutmamalıdır ki, Azərbaycanı
parçalanmaqdan qurtaran, beynəlxalq aləmdə tanıdan, bugünkü firavan, azad
həyatımızın banisi məhz Heydər Əliyevdir. Tarix Heydər Əliyev kimi şəxsləri bir
neçə əsrdən bir yetişdirir. Ulu öndər Heydər Əliyev hər birimizin qəlbində öz
əməlləri, ölməz ideyaları ilə əbədi qalacaqdır. Əsrlər, qərinələr keçəcək,
Azərbaycan xalqı yaşadıqca, Heydər Əliyev də unudulmayacaq, daim xatırlanacaq.
Onun möhkəm özüllər üzərində qurduğu daxili və xarici siyasət kursu ölkəmizi
daim irəliyə doğru aparacaq. Müdrik şəxsiyyətin həyatının və fəaliyyətinin bütün
istiqamətləri xalqımızın bugünü və gələcəyi üçün nurlu yoldur.
Müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevi anım gününü hörmətlə
və minnətdarlıqla anırıq. Əbədi yaşar lider xalqı üçün etdiyi bütün fədəkarlıqları ilə
hər zaman qəlbi Azərbaycanla döyünən bütün azərbaycanlıların qəlbində ən xoş
duyğularla yaşayacaq. Ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri
hər an, hər gün gözümüz önündədir. Bu qərar bir daha dahi şəxsiyyətin
fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin
əhatəli təbliğinə geniş imkanlar yaradacaq.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
"Hüqiq” kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Musayeva Ulduz
Əliyar qızı