Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

FHN və AZAL Qəbələ aeroportunda təlim keçirib

FHN və AZAL Qəbələ aeroportunda təlim keçirib
4-05-2025, 01:14 82 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ


Fövqəladə Hallar Nazirliyi və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti Qəbələ Beynəlxalq Aeroportunda birgə xüsusi təlim keçirib.
FHN-dən məlumat verilib.
Təlimin keçirilməsində məqsəd hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə Fövqəladə Hallar Nazirliyi arasında xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsi olub.
Fövqəladə Hallar Nazirliyi Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə reallaşdırılan təlimdə FHN-in yerli qurumlarının qüvvə və vasitələri, eyni zamanda "AZAL"ın müvafiq struktur bölmələri cəlb olunub.
Təlim zamanı ssenariyə uyğun simulyasiyalar üzrə tapşırıqlar uğurla yerinə yetirilib, qarşıya qoyulan məqsədlərə nail olunub.
Təlimə ümumilikdə 58 nəfərdən ibarət şəxsi heyət, 10 ədəd texnika cəlb edilib.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Qalereya



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI