Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sahibə Qafarova Roma Papasının dəfnində iştirak etmək üçün İtaliyaya gedib

Sahibə Qafarova Roma Papasının dəfnində iştirak etmək üçün İtaliyaya gedib
25-04-2025, 19:51 69 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti aprelin 25-də Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyaya səfər edib.
Roma şəhərinin beynəlxalq hava limanında Milli Məclisin nümayəndə heyətini Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov və Vatikan rəsmiləri qarşılayıblar.
Milli Məclisin sədri aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində Azərbaycanı təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.

Qalereya



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI