Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin olunub

Əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin olunub
18-04-2025, 01:19 310 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Prezident İlham Əliyevin Sərəncamları ilə Anar Məhərrəm oğlu Bayramov və Rəşad Əzizağa oğlu Mustafayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər. 
bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, Anar Bayramov hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.
Rəşad Mustafayev isə 2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, 2001-2015-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2015-2023-cü illərdə "Cənub Qaz Dəhlizi" QSC-nin Baş direktorunun müavini, 2023-cü ildən hazırkı vəzifəsinə qədər "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Baş direktoru olub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI