Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ZƏRİF ÜRƏKLİ MƏĞRUR QADIN

ZƏRİF ÜRƏKLİ          MƏĞRUR            QADIN
15-04-2025, 20:56 298 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Zərifə Əziz Qızı Əliyeva haqqında söz söyləmək olduqca şərəflidir.Zərifə xanım bütün həyatı və fəaliyyəti ilə başqalarına bir nümunədir.Onun yaradıcı həyatının ana xəttini oftalmologiya sahəsində apardığı pedaqoji fəaliyyət təşkil edir.Təbiətən insanın dəqiq və incə təhlilinə meyl göstərən Zərifə xanım səhiyyə ixtisasları arasında məhz incəliyi və zərgər dəqiqliyi ilə seçilən oftolmalogiya sahəsinə maraq göstərmişdir.
 Professor Zərifə Əliyeva təkcə görkəmli  pedaqoq kimi şöhrət qazanmamışdır.Eyni zamanda O,elmi araşdırmaların müəllifi,tibb elminə nəhəng töhfələr vermiş alim kimi də tanınırdı.Peşə ilə əlaqədar yaranan göz xəstəliklərinin patologiyasını sənayedə çalışan işçilərin nümunəsində araşdırmışdır.
 Zərifə xanım hər zaman siyasət,mədəniyyət,incəsənət barəsində söhbət gedərkən öz dərin duyumu,həssaslığı ilə də hamını heyran qoyurdu.Doğmaları tez - tez "nadir inci"adlandırdığı Zərifə xanım bədii istedada malik idi.
 Onun xalqımızın fəxri olan görkəmli məşhur Azərbaycan qadınlarının simvolu hesab edirik.Zərifə xanım ən gözəl,ən parlaq və ən böyük obrazdır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI