Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sarışınım kitabının təqdimatı kecirildi

Sarışınım kitabının təqdimatı kecirildi
15-04-2025, 02:51 591 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Bir neçə həftədir gözlənilən gün aprelin 13-də gəlib çatdı. Söhbət yazıçı, publisist, şair Əliheydər Qayıboğlu’nun yeni “Sarışınım” kitabının təqdimatı və şairin ad günü tədbirindən gedir.

Həmin kitab gənclik ruhunda qələmə alınmış, saf və pak sevgi, məhəbbət mövzusunda olan şeirləri özündə cəmləşdirir. Kitabda olan şeirlər gözəlliyi, həmçinin gözəlləri vəsf etməklə yanaşı oxuculara eyni zamanda əsl sevginin müqəddəsliyini də aşılayır.

Əliheydər müəllimin 63 yaşı bir neçə gün əvvəl - aprelin 10-da tamam oldu. İndiyədək 5 şeir kitabı, iki romanı və həmmüəllif kimi daha bir roman kitabları dərc olunub. Şeirləri bir neçə dilə tərcümə olunub, həmçinin müxtəlif antologiyalarda çap edilib. Onlardan bəziləri Argentinada dərc edilən “Tothem” jurnalında İspan dilində də dərc edilib. Hal-hazırda “Dəniz gözlüm” romanı üzərində işləyir.

Tədbir “Badi Səba” restoranında keçirildi. Təşkilatçı Gülnarə Əmirquliyeva’nın günlərdir sərf etdiyi zəhmətin müqabilində tədbir əvvəla, teatr termini ilə desək, anşlaqlə keçdi, sadə dillə desək, zalın bütün qonaqların hamısını yerləşdirməsi üçün bütün resurslardan istifadə edildi.

Məclisdə cəmiyyətin az qala bütün təbəqələrindən olan insanlar vardı. Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut və Dövlət Himni ilə başlayan tədbir çıxışlar, poeziya dinləmələri və musiqi ilə davam etdi.



Olduğu kimi məndən video xülasə və ardınca da qısametrajlı film gözləyirsiniz. Lakin bu dəfə iki gün əvvəl günortadan gecəyədək ardı-arxası kəsilməyən iki tədbirdə qəfildən yaxalandığım soyuq, küləkli və yağışlı hava nəticəsində bərk soyuqlayıb yüksək hərarətlə müşayiət olunan xəstəliyim buna imkan vermədi. Tədbirə elə 37.2° hərarətlə gəlmişdim, lakin film çəkmək üçün enerjim, hətta çıxış etmək üçün taqətim çatmadı.

Tədbir isə öz qaydasınca davam etdi, poeziya fanatlarına təqdimatı keçirilən “Sarışınım” kitabı paylandı. Müəllifin avtoqrafı ilə mənə hədiyyə edilən kitabın fotosunu da aşağıda dərc edirəm. Təşkilatçı olaraq Gülnara xanıma və tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə şəxsən öz minnətdarlığımı bildirirəm!

Əliheydər müəllim, sizə ilk növbədə əlbəttə, can sağlığı, daha sonra yeni yaradıcılıq uğurları arzulayıram!

ETİBAR ƏLİYEV
14 aprel 2025
​​​

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI