Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

SOCAR-ın prezidenti Con Ardil ilə görüşüb

SOCAR-ın prezidenti Con Ardil ilə görüşüb
21-03-2025, 01:39 84 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

SOCAR-ın prezidenti Rövşən Nəcəf "ExxonMobil" korporasiyasının qlobal kəşfiyyat və yeni layihələr üzrə vitse-prezidenti Con Ardil ilə görüşüb.
bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə "ExxonMobil" korporasiyasının iştirakından məmnunluq ifadə edilib, şirkətlər arasındakı mövcud əməkdaşlıq əlaqələrinin önəmi qeyd olunub.
⁠Söhbət zamanı "ExxonMobil"in və SOCAR-ın yerli və xarici ölkələrdəki fəaliyyəti, yeniliklər, həyata keçirilən yeni layihələr, prioritetlər və ortaq maraqlar barədə fikir mübadiləsi aparılıb.
Görüşdə ⁠Azərbaycanda reallaşdırılacaq yeni layihələr üzrə tərəfdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Qalereya




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI