Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Vüsal Hüseynov: WUF13-ün Bakıda keçirilməsi ölkəmizin uğurlu diplomatik fəaliyyətinin göstəricisidir

Vüsal Hüseynov: WUF13-ün Bakıda keçirilməsi ölkəmizin uğurlu diplomatik fəaliyyətinin göstəricisidir
20-05-2026, 20:11 47 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakı şəhərində keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun, uğurlu diplomatik fəaliyyətinin və qlobal inkişaf gündəliyinə verdiyi töhfələrin göstəricisi kimi dəyərləndirilir.
bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, forum çərçivəsində əsas diqqətçəkən istiqamətlərdən biri "miqrasiya və şəhərlər" mövzusudur:
"Bu istiqamətdə keçirilən yüksəksəviyyəli tədbirdə bildirilib ki, bugünkü müzakirələr iki həftə əvvəl BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilmiş Beynəlxalq Miqrasiya İcmalı Forumunun davamı xarakteri daşıyır".
DMX rəisi əlavə edib ki, dünyada miqrasiya prosesləri sürətlə artır. 2050-ci ilə qədər dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI