Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə mediatorlar üçün təşkil edilən daha bir təlim baş tutub

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə mediatorlar üçün təşkil edilən daha bir təlim baş tutub
14-05-2026, 16:52 251 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Azərbaycan Respublikasında məhkəmə-hüquq islahatları çərçivəsində mediasiya institutunun inkişafı istiqamətində 13 may 2026-cı il tarixində mediatorlar üçün nəzərdə tutulmuş silsilə onlayn maarifləndirici təlimlərin daha bir sessiyası uğurla həyata keçirilib.

Təlim Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə Azərbaycan Respublikasının Mediasiya Şurası və AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən təşkil olunub. Seminarların keçirilməsində əsas hədəf mediatorların peşəkar səviyyəsinin yüksəldilməsi, onların bilik və praktiki bacarıqlarının təkmilləşdirilməsi, mediasiya prosedurlarının daha səmərəli tətbiqinə nail olunması, barışıq sazişlərinin keyfiyyət göstəricilərinin artırılması, yaranan hüquqi məsələlərin hakimlər tərəfindən qanunvericiliyə uyğun şəkildə yönləndirilməsi, eləcə də məhkəmə orqanları ilə mediasiya təşkilatları arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsidir.

ZOOM platforması üzərindən onlayn formatda təşkil olunan təlimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Rafael Eyvazov aparıb. Təlimdə moderator qismində Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Bayramov iştirak edib.

Təlim çərçivəsində mediatorlarla fəal dialoq və müzakirələr aparılıb, onların praktiki fəaliyyət zamanı qarşılaşdıqları hüquqi məsələlər ətraflı şəkildə təhlil olunub. İştirakçıların sualları geniş şəkildə cavablandırılıb, barışıq sazişlərinin hazırlanması və keyfiyyətinin artırılması ilə bağlı vacib məqamlar diqqətə çatdırılıb.

Eyni zamanda, Rafael Eyvazov tərəfindən mülki məhkəmə icraatında mediasiyanın əhəmiyyəti, məhkəmə təcrübəsində müşahidə olunan çatışmazlıqlar və aktual problemlər barədə geniş izahat verilib və bu mövzular üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu kimi təlimlər Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının aparıcı dəstəyi ilə Azərbaycan Respublikasının Mediasiya Şurası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən mütəmadi olaraq keçiriləcəkdir.
ABŞERON 1 SAYLI MEDİASİYA TƏŞKİLATININ HÜQUQŞÜNAS MEDİATORU ELNARƏ EYNULLAYEVA

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI