Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

8 may tarixində Bakının İnşaatçılar ərazisində “Səlis Danışıq Nitq İnkişaf və Reabilitasiya Mərkəzi”nin yeni filialının rəsmi açılış mərasimi keçirilib.

8 may tarixində Bakının İnşaatçılar ərazisində “Səlis Danışıq Nitq İnkişaf və Reabilitasiya Mərkəzi”nin yeni filialının rəsmi açılış mərasimi keçirilib.
9-05-2026, 19:00 262 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar və media təmsilçiləri iştirak ediblər.

Bildirilib ki, 2006-cı ildən Xavər Abdullayevanın rəhbərliyi ilə fəaliyyət göstərən “Səlis Danışıq Nitq İnkişaf və Reabilitasiya Mərkəzi” illərdir autizm, daun sindromu, nitq geriliyi, kəkələmə, fobiyalar və digər inkişaf istiqamətləri üzrə peşəkar xidmət göstərərək yüzlərlə ailənin ümid ünvanına çevrilib.

Qeyd olunub ki, mərkəzdə keçirilən dərslər xüsusi metodikalar əsasında təşkil olunur, valideynlərlə paralel iş aparılır, eyni zamanda müasir dərs cihazları və reabilitasiya avadanlıqları ilə təmin olunmuş şəraitdə uşaqların inkişafına kompleks yanaşma tətbiq edilir.

Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasimində mərkəzin təsisçi-direktoru, Beynəlxalq Psixologiya Akademiyasının və Sankt-Peterburq Elm və Təhsil İnstitutunun fəxri doktoru, 11 saylı xüsusi təhsil məktəbinin defektoloqu, Elm və Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuş Xavər Abdullayeva çıxış edərək mərkəzin fəaliyyəti və gələcək layihələri barədə məlumat verib.

Yeni filialın açılış lentini əməkdar incəsənət xadimi, modelyer-dizayner Fəxriyyə Xələfova və Xavər Abdullayeva birlikdə kəsiblər. Daha sonra qonaqlar mərkəzlə yaxından tanış olublar.

Tədbirdə həmçinin Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayeva,  Azərbaycan–Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov, prezident mükafatçısı Gülşən Behbudi, sahibkar-həkim, nutrisioloq Maya Səbzəliyeva və digər qonaqlar iştirak ediblər.

Tədbirin təşkilati və vizual hazırlıq prosesində dəstək göstərən şəxslər sırasında marketoloq və SYM Group MMC-nin təsisçi-direktoru Suzana Məmmədovanın da əməyi xüsusi qeyd olunub.

Sonda qonaqlar mərkəzin kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI