Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
25-04-2026, 17:45 89 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Aprelin 24-də Yeni Azərbaycan Partiyası və “Modern İnkişaf və Ailə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra sənədli film nümayiş olunub.

Çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Zərifə Əliyeva Azərbaycan tibb elminə mühüm töhfələr vermiş görkəmli alim olub. O, traxomanın aradan qaldırılmasında mühüm rol oynayıb, peşə oftalmologiyasının əsasını qoyub və zəngin elmi irs yaradıb. Tahir Budaqov qeyd edib ki, Zərifə Əliyeva həm də yüksək mənəvi dəyərləri ilə seçilən nümunəvi şəxsiyyət kimi yadda qalıb.

Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva isə bildirib ki, Zərifə Əliyevanın oftalmologiya sahəsindəki nailiyyətləri Azərbaycan tibb elminin parlaq səhifəsidir. O, nüfuzlu mükafatlara layiq görülmüş, fundamental əsərləri ilə böyük iz qoymuşdur. Zərifə Quliyeva vurğulayıb ki, Zərifə Əliyeva həm alim, həm də qayğıkeş ana kimi gələcək nəsillər üçün örnəkdir.

Digər çıxışlarda alimin elmə və cəmiyyətə verdiyi töhfələr, humanist dəyərləri vurğulanıb. Tədbir sonda konsert proqramı ilə davam edib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI