Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Heydər Əliyev və qadın siyasəti”, “Özünü kəşf et 3” layihələri çərçivəsində tədbir keçirildi

“Heydər Əliyev və qadın siyasəti”, “Özünü kəşf et 3” layihələri çərçivəsində tədbir keçirildi
21-04-2026, 15:24 382 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

18 aprel 2026-cı il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Faberlik şirkətinin birgə təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və qadın siyasəti”, “Özünü kəşf et 3” layihələri çərçivəsində tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başladı.

Çıxış edən Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova ölkəmizdə qadın siyasətinin inkişafından, qadınların ictimai-siyasi həyatda artan rolundan və bu istiqamətdə həyata keçirilən dövlət dəstəyindən geniş şəkildə bəhs etdi.

Digər çıxış edənlər sahibkarlıq fəaliyyətində uğur qazanmağın mümkünlüyü barədə fikirlərini bölüşdülər və bu kimi layihələrin motivasiya baxımından böyük əhəmiyyət daşıdığını qeyd etdilər.

Tədbir çərçivəsində musiqili çıxışlar təqdim olundu, Faberlic şirkətinin uğurları haqqında məlumat verildi, videoçarxlar nümayiş etdirildi.

Sonda fərqlənən əməkdaşlar diplom və hədiyyələrlə təltif olundular.

Qadınların inkişafına və özünü reallaşdırmasına dəstək məqsədi daşıyan bu təşəbbüs iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI