Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan və Ermənistan arasında sülh sazişi yaxın ola bilər - Hakan Fidan

Azərbaycan və Ermənistan arasında sülh sazişi yaxın ola bilər - Hakan Fidan
19-04-2026, 23:12 112 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin qısa müddətdə imzalanacağına ümid etdiyini açıqlayıb.
bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun yekunlarına dair keçirilən brifinqdə danışıb.
Nazir bildirib ki, tərəflər arasında razılaşmanın əldə olunması region üçün mühüm mərhələ olacaq və proses artıq son mərhələyə yaxınlaşıb.
Hakan Fidanın sözlərinə görə, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması yalnız siyasi deyil, həm də iqtisadi baxımdan ciddi üstünlüklər vəd edir. O qeyd edib ki, Orta Dəhlizin inkişafında Cənubi Qafqazın sabitliyi əsas rol oynayır.
Nazir həmçinin vurğulayıb ki, Zəngəzur dəhlizi Türkiyə üçün strateji əhəmiyyət daşıyır və bu istiqamətdə Avropa İttifaqı ilə də əməkdaşlıq aparılır.
Fidan əlavə edib ki, sülh sazişinin imzalanması region ölkələrinin ümumi inkişafına təkan verəcək və Türkiyə bu prosesə dəstəyini davam etdirir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI