Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

🇦🇿🌹İdmançılarla stimul verən görüş keçiridi...

🇦🇿🌹İdmançılarla stimul verən görüş keçiridi...
19-04-2026, 22:48 521 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

    Qadın İnkişaf  mərkəzinin təşkilatçılığı ilə İslam Oyunlarında Azərbaycan bayrağını qaldıran idmançılarin uğurlarına sevinən , vətəndaş cəmiyyətinin üzvlərinin möhtəşəm, səmimi görüşü keçiridi...
  Maytay idmançıların1ın İslam Oyunlarında iştirak edən gənc  idmançıların qazandığı uğurların təqdimatı,  görüşdə iştirak edən alimlər, şairlər, ictimai xadimlər, şəhid anaları,   QHT  rəhbərləri, medya nümayəndələri  tərəfindən alqışlarla qarşılandı..  
     Əvvəlcə Şəhidlərin ruhuna dua edilldi..
           Dövlət Himni canlı oxundu..
  Tədbiri idarə edən  Beynəlxalq Sülh Səfiri Yasəmən Möhübbətqızı idmançılarla görüşə gələn  tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan İdmanına dövlət qayğısından, ölkə başçısının və Mehriban Əliyevanın idmançılarla davranışlarını və dəstəyini tədbir  iştirakçıların  diqqətə çatdırdı..
 İdmançılari təbrik edərək, onlara gələcək yarışlarda davamlı  uğurlar arzuladı..
    Sonra Maytay Federasiyanın prezidenti, 
9 qat Dünya Çempionu 3 qat Avropa Çempionu, Əməkdar Məşqçi, Prezident mükafatçısı, FHN - nin pokovniki , vətən sevdalı ARAZ Musayev Federasiyanın uğurlarından  və gələcək planlarından ətraflı məlumat verdi... Səmimi görüşdə nailiyyətlər, gələcək hədəflər və qarşılaşdıqları problemlər  də müzakirə olundu....
   Bu uğurlar Azərbaycanın idman siyasətinin gücünü və beynəlxalq arenada artan nüfuzunu bir daha nümayiş etdirdi...
    Çıxış edənlər -- Akademik Natiq Bədəlov,  ilk qadın hərbi komandir, polis mayoru Aidə Şirinova , QİM üzvü, AMEA- nin dosenti Səkinə Hacıyeva, Pedaqoqika Elmləri Fəlsəfə Doktoru Təzəgül        , Azərbaycan - Nyu York
 Assosasiyasının vitse - prezidenti Zəminə Mirhafıyeva, Türk İrsi Qlobal Qadın Platformasının rəhbəri Səlimə İsmayılova , həkim Hicran Şərifova, Əməkdar Müəllim Tamara. xanım, şəhid bacısı, Söz adamı yazar Gülmaya İsmayılova, QHT sədri, hüquqşünas Emin Bəşirov və başqaları ölkə idmanına olan dövlət qayğısını qeyd edərək, idmançı gənclərə uğurlar arzuladılar...
   Şair - publisist Sevinc Ağaxəlilqızı, Hərbi mütəxəsis, qiraərçi,  həvəskar şair Cəbrayıl  Qənbəroğlu,  sevilən şairə Nəsibə İsrafilqızı  söylədikləri şeirlərlə görüşə xoş ovqar qatdı..
   Sonra qalib idmançılara: -- Xəyal Əliyev (Gümüş medal), Əli Əliyev (Bürünc medal),  Səlahəddin Qocazadə (Bürünc medal), iştirakçı Emili Rzayeva və baş məşqçi, Şəhriyar İsayev və Fəxri Əliyevə də  federasiyanın "Fəxri Diplom" təqdim olundu...
  Araz Musayev tərəfindən təşkilatçılığa görə QİM - nin üzvlərinə də "Fəxri Diplom"- lar təqdim edildi... Təltif olunanları təbrik edirik...
   Qadın İnkişaf Mərkəzinin İdarə Heyətinin üzvü, Əməkdar Neftçi Sevil Əliyeva  təltiflərə görə Araz Musayevə təşəkkür edərək qalib idmançıları təbrik edərək, gələcək yarışlarda uğurlar arzuladı ...
     Görüş  çay süfrəsində davam etdi..

        Yasəmən Möhübbətqızı
        Baş redaktor, AJB üzvü.
        Beynəlxalq Sülh Səfiri,
      Sahibkar Qadınlar Birliyinin 
          sədr müavini.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI