Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

SOCAR-ın prezidenti ABŞ rəsmiləri ilə görüşüb

SOCAR-ın prezidenti ABŞ rəsmiləri ilə görüşüb
16-04-2026, 13:09 143 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ABŞ Dövlət Departamentinin baş müşaviri Rebeka Nef və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri Sara Leminq ilə görüşüb.
görüşdə Azərbaycan ilə ABŞ arasında enerji sahəsində uzun illər ərzində davam edən uğurlu əməkdaşlıq məmnunluqla qeyd olunub. Cari ilin fevralında "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının ikitərəfli münasibətlərin inkişafı baxımından tarixi əhəmiyyət daşıdığı bildirilib. Bu xüsusda, ölkələrimiz arasında enerji sektorunda əməkdaşlıq üçün geniş perspektivlərin olduğu diqqətə çatdırılıb.
SOCAR ilə ABŞ şirkətləri arasında enerji sektorunun müxtəlif istiqamətləri üzrə uğurlu əlaqələrin olduğu vurğulanıb.
Görüşdə TRIPP layihəsinin və Orta Dəhliz üzrə mövcud enerji marşrutlarının regional əməkdaşlıq baxımından önəmi vurğulanıb.

Qalereya

SOCAR-ın prezidenti ABŞ rəsmiləri ilə görüşüb
SOCAR-ın prezidenti ABŞ rəsmiləri ilə görüşüb
SOCAR-ın prezidenti ABŞ rəsmiləri ilə görüşüb
SOCAR-ın prezidenti ABŞ rəsmiləri ilə görüşüb


SOCAR-ın prezidenti ABŞ rəsmiləri ilə görüşübSOCAR-ın prezidenti ABŞ rəsmiləri ilə görüşüb

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI