Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Prezident və xanımı Rasim Balayevlə vida mərasiminə əklil göndərdi

Prezident və xanımı Rasim Balayevlə vida mərasiminə əklil göndərdi
30-03-2026, 16:54 189 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin vida mərasiminə əklil göndərib.
hazırda mərhumla vida mərasimi Akademik Milli Dram Teatrında keçirilir. 
Mərasimdə mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media nümayəndələri də iştirak edirlər.
Vida mərasimindən sonra Xalq artistinin cənazəsi Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, Rasim Balayev ötən gün vəfat edib. 
O Türkiyənin İstanbul şəhərindəki "Memorial" xəstəxanasında dünyasını dəyişib. 
Aktyor uzun müddət idi səhhətində yaranan ciddi problemlərlə əlaqədar müalicə alırdı.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI