Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Emin Əmrullayev Xankəndidə dərs keçdi

Emin Əmrullayev Xankəndidə dərs keçdi
11-03-2026, 00:59 114 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Martın 10-da elm və təhsil naziri Emin Əmrullayev Xankəndi və Xocalı şəhərlərinə səfəri çərçivəsində bir sıra təhsil müəssisələrində tədris prosesi və yaradılmış şəraitlə yaxından tanış olub.
bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir ilk olaraq Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə olub. Məktəbdə dərs prosesini izləyən nazir burada yaradılan müasir tədris mühiti ilə tanış olub, müəllim və şagirdlərlə söhbət edib.
Görüş zamanı işğaldan azad olunmuş ərazilərdə məktəblərin fəaliyyətinin bərpası, müasir infrastrukturun yaradılması və keyfiyyətli təhsil mühitinin formalaşdırılması istiqamətində ardıcıl və sistemli işlər həyata keçirildiyi vurğulanıb.
Emin Əmrullayev Xankəndi şəhəri Kərkicahan qəsəbə 1 saylı məktəbdə şagirdlərə riyaziyyatdan dərs deyib.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI