VETENİM-AZERBAYCANDİR.AZ
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.
Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəlliffi (4, 80) olub. Qonaqların heyətində isə Can Uzun (11) və Fares Chaibi (78-pen) fərqləniblər. "Köhlən atlar"a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.
Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-ə çatdırıblar.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu - VIII turda, dekbarın 29-da səfərdə İngiltərənin "Liverpul" kollektivinin qonağı olacaq.
***23:25
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda hesab yenidən bərabərləşib.
əvvəlcə "Ayntraxt" Fares Chaibinin 78-ci dəqiqədə dəqiq penalti zərbəsi ilə hesabda önə çıxıb.
Ardınca 80-ci dəqiqədə Kamilo Duran bərabərlik qolunu vurub.

***23:00
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ikinci hissə başlayıb.
***22:35
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ilk hissə başa çatıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda tərəflər fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
***22:01
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ikinci qol vurulub.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qonaqlar hesabı bərabərləşdiriblər - 1:1.
11-ci dəqiqədə Can Uzun adını tabloya yazdırıb.
***21:53
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda hesab açılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesabda önə keçiblər.
4-cü dəqiqədə Kamilo Duran fərqlənib.
***21:49
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda turunda "Qarabağ" və "Ayntraxt" komandaları arasında matç başlayıb.
matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Baş hakim Sandro Şarerdir. FIFA referisinə Stefan de Almeyda və Conas Erni kömək edirlər. Dördüncü hakim funksiyasını Yohannes fon Mandak yerinə yetirir.
VAR-da Fedayi San, AVAR-da isə Lukas Fandrix yer alır.