Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub
9-12-2025, 21:47 186 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 9-da Slovakiyanın Baş naziri Robert Fitso ilə təkbətək görüşü olub.
söhbət zamanı Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq bildirildi.
Ötən il Baş nazir Robert Fitsonun Azərbaycana, hazırda isə Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfərlərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə böyük töhfə verəcəyinə əminlik vurğulandı.
Siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilərək, digər istiqamətlər üzrə də əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu bildirildi.
Robert Fitso Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı regional sülhün təmin olunması istiqamətində Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini vurğuladı.
Görüşdə işğaldan azad edilmiş torpaqlarımızda Slovakiya şirkətinin iştirakı məmnunluqla qeyd olundu, iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
***16:05
Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyanın Baş naziri Robert Fitso ilə dekabrın 9-da təkbətək görüşü olub.
həmin ölkənin Baş naziri dövlət başçısını qarşılayıb.
Azərbaycan Prezidenti və Slovakiyanın Baş naziri birgə foto çəkdiriblər.

Qalereya

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub


İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olubİlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olubİlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI