Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Çernobılda mavi it görünüb

Çernobılda mavi it görünüb
29-10-2025, 16:39 280 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Ukraynadakı Çernobıl qadağan zonasındakı itlərdə mavi rəngli tük müşahidə edilib. Bu, həm könüllüləri, həm də alimləri təəccübləndirib
"Çernobılın İtləri" adlı könüllü qrupun paylaşdığı videoda, ən azı bir itin tüklərinin tamamilə mavi rəngə döndüyü görünür. 
Qrupun nümayəndələri bunun kimyəvi çirklənmədən qaynaqlana biləcəyini bildiriblər.
Elm adamları isə hesab edirlər ki, bu itlər illərdir radiasiyaya məruz qaldıqları üçün müəyyən dərəcədə genetik uyğunlaşma göstərə bilərlər. ABŞ-nin Kolumbiya Universitetindən mütəxəssislərin apardığı araşdırma nəticəsində məlum olub ki, Çernobıl zonasında yaşayan itlərdə radiasiya və zəhərli maddələrə qarşı müqavimətlə əlaqəli genetik dəyişikliklər yaranıb.
Qeyd edək ki, bu itlər 1986-cı ildə baş vermiş Çernobıl nüvə fəlakətindən sonra bölgədə qalan ev heyvanlarının nəsilləridir. Hazırda da həmin ərazidə normaldan altı dəfə yüksək radiasiya səviyyəsi mövcuddur.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI