Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Tokayev və Ərdoğan Ankarada görüşüb

Tokayev və Ərdoğan Ankarada görüşüb
30-07-2025, 10:55 238 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Türkiyənin paytaxtı Ankarada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında rəsmi görüş olub.
Tokayev Ankaradakı Prezident sarayında rəsmi protokol əsasında qarşılanıb.
Prezident Ərdoğan həmkarını sarayın qarşısında şəxsən salamlayıb. Qarşılama mərasimi zamanı hər iki ölkənin dövlət himnləri səsləndirilib, 21 artilleriya atəşi açılıb və fəxri qarovul düzülüb.
Rəsmi mərasim çərçivəsində liderlər fəxri qarovulun önündən keçib və qarşılıqlı olaraq nümayəndə heyətlərinin üzvlərini bir-birinə təqdim ediblər.
Protokol mərasimindən dərhal sonra dövlət başçıları arasında danışıqlara başlanılıb. Görüş zamanı ikitərəfli münasibətlərin dərinləşdirilməsi, regional əməkdaşlıq və beynəlxalq gündəlikdə olan əsas məsələlərin müzakirə olunacağı gözlənilir.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI