Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Prezident İlham Əliyevin nəvəsi dünya çemionu oldu

Prezident İlham Əliyevin nəvəsi dünya çemionu oldu
18-05-2025, 18:32 280 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva kunq-fu üzrə dünya çempionatına uğurla çıxış edib.
Azərbaycan Kunq-Fu Federasiyasından verilən məlumata görə, milli komandanın 11 yaşlı üzvü Əminə Əliyeva İtaliyanın Peruca şəhərində təşkil edilən turnirdə ölkəmizi layiqincə təmsil edib və dünya çempionu olub.

Qalereya

***08:57
İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatında Azərbaycan idmançısı parlaq nəticə göstərib.
Azərbaycan Kunq-Fu Federasiyasına istinadla xəbər verir ki, yarışın ilk günündə milli komandamızın üzvü, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva "light sanda" kateqoriyasında final mərhələsinə yüksəlib.
Onun döyüşü tamaşaçılar tərəfindən xüsusi maraqla izlənilib.
Turnirin rəsmi açılışında çıxış edən Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti Nurlan Aslanov ölkəmizdə idmana göstərilən dövlət qayğısına diqqət çəkib. O, Prezident İlham Əliyevin idmana verdiyi dəyər və dəstəyin Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğur qazanmalarında mühüm rol oynadığını bildirib.

Qalereya

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI