VETENİM-AZERBAYCANDİR.AZ
Bakı şəhərində ziyalı ailəsində doğulmuşam.
1981-1986 cı illərdə ADU-da təhsil almışam.( keçmiş Xarici Dillər İnstitutu)
1990- cı illərdən mətbuatda müxtəlif mövzularla bağlı məqalələrim, tərcümələrim və şəxsi hekayələrim dərc olunub.4 dərs vəsaitinin və 30 dan artıq elmi məqalənin müəllifiyəm. Bu gün oxucularımıza hekayələrimdən birini təqdim edirəm.
Qarabağ Azərbaycandır! 2020 ci ilin Noyabr ayı-Zəfər İli
30 illik həsrətə son qoyan Azərbaycan ordusuna eşq olsun.
Xocalıda itkin düşən balaca balalarımızın xatirəsinə ittihaf edirəm.
Axtaran tapar deyirlər.....(Hekayə-esse)
Hələ uşaqlıqdan eşidirik ki,sən axtar, bilirsənmi axtaran tapar.
Xocalı dağlarında 6 yaşlı bir oğlan gəzirb-dolanırdı. Əslində indi onun 36 yaşı olmalıydı. Amma qoymadılar. Onun ad günü, sevimli doğum günügüllələndi.
36 yaşında olsaydı bu dağlarda dolanmaqdan heçqorxmazdı. Amma o, 6 yaşında idi. Hey dolanır- dolanır və deyirdi:
- Ana, ata, Ulduz bacım, Mahir qaqaş, hardasız? Nədən sizi görmürəm heç yerdə? Məni unutmusunuzmu? Məni niyə aparmadınız özünüzlə?
Elə soyuqdur ki, buralar. Gündüzləri birtəhər dözürəm. Qaranlıq düşəndə yaman qorxuram, ay ana. Həm də acam. Heç məni ac qalmağa qoymazdın, canım anam. Anacan, ad günümdə bişirdiyin plovun qoxusunu unuda bilmirəm.Tort da bişirmişdin. Qaldımı heç o tortdan? Qaldısa ver mən də dadına baxım. Nə az ,nə çox düz 30 ildir sən mənim heç bir xahişimi yerinə yetirmirsən, anacan. Bəlkə, küsmüsən məndən? Söz verirəm heç səni incitməyəcəm. Gəl, apar məni burdan,qurbanın olum. Sizi axtarıram, o tərəf sıx meşəlikdir, yox o tərəfdə yəqin ki, ac qurdlar var, mən ora keçmirəm, anacan. Elə bax bu daşın arxasında oturmuşam, sizi gözləyirəm. Ana, elə bu qarın üstündə yatıram, yorğan döşəyim də yoxdur mənim. Bax xəstələnsəm məni kim sağaldacaq ? Kim mənə moruqlu çay içirdəcək? Vallah, heç dostlarımı da görmürəm. Ruhid və Şahid qardaşları, Şahin əmioğlu-uşaqlar siz hardasınız? Hər gün,deyirəm ki, Allah baba mənə yardım et .Axı mən tək-tənhayam bu dağlarda.
Deyəsən, axı Allah baba səsimi eşitdi. Bu ki, sizsiniz. Axır ki, gəldiniz. Şahin əmi oğlu, sən böyümüsən, amma mən nədən balaca qalmışam? Anam mənim, Telli anam, nə yaman qocalmısan, o qara şəvə kimi tellərin bu dağların qarı kimi ağappaqdır ki...
-Ata, sən nədən çəliklə gəzirsən?
-Nə yaxşı gəldiniz, əzizlərim. Ana, apar məni evimizə. Mən burda qalmaqdan yoruldum .Ay aman, siz niyə mənim yanımdan sakitcə ötüb keçirsiniz?
Nədən mənə cavab vermirsiniz?
Telli:
-Biz bu dağlardan keçib getdik. Ağdama çatarkən, Cəlal deyə bağırdım, hardasan ay bala? Onu gördüm deyən olmadı.
-Ana, anacan, mən burdayam ey, lap yanında. Sənə baxıram mən.
-30 ildir mən bu əzabla yaşayıram, ay Şahin.
-Telli, əmidostu, elə darıxıram, Cəlalımız üçün.
-Allahım, əmioğlu, Şahin, sən də məni duymursan? Nədən məni eşitmirsiniz siz?
-Ay,Telli allah oğlumuza rəhmət etsin. Bu dağlarda qalmaqmı olardı.
-Ata, sən mənim üçün deyirsən ki...Yəni mən yoxam? Axı varam. Mən burdayam.
Bu zaman,nuranı bir qoca göründü.
-Cəlal, gəl bura, mənim yanıma
-Baba, məni çağırdınız?
-Hə, gəl, Cəlal, qorxma.
- Deməli siz məni görürsünüz?
-Görürəm, bala, çünki, biz ruhlar dünyasındayıq.
-Ruhlar dünyası?
-Hə, Cəlal, mən sənin atanın, atası,Nuruyam, yəni sənin doğma baban.Sənin ardınca gəlmişəm.
-Bəs, nə üçün gəlmirdin, baba. Axı mən qorxurdum.
-Gələ bilmirdim,oğul. Sən 30 il bu dağlarda sərgərdan kimi dolanıb, onları səsləməliydin,Cəlalım. Sən onları gördün, və artıq rahatlığa qovuşmalısan.
-Bəs onlar?
-Onlar da səni tapacaqlar indi
-Necə?
-Bax.
-Ay, allah.Yox bu ola bilməz. Sən böyüksən, tanrım.
-Nə oldu, ay Telli?
-Ay,Musa bura bir bax.
-Nəyə baxım axı.
- Bu daşın altındakılara. Bax, bu Cəlalın bir cüt naxışlı corabları, özüm toxumuşdum.Bu onun şərfi, bir də sevimli oyuncaq maşını. Bu daşın altında qalıb.
-Maraqlısı odur ki,30 ildə bu corablar və şərf rəngini də dəyişməyib, deyirdi, Musa kişi.
-Deməli,Cəlalım bu daşın arxasında qalıbmış.Əşyaları 30 ildən sonra tapıldı.
-Hə, gördün, anan səni tapdı.Sən də onu gördün. Bu gecə onun röyasına qonaq olub, onu çox sevdiyini deyə biləcəksən.Əbədiyyətə qovuşma vaxtı çatdı. 30 il gözlədin bu dağlarda. Ruhun qovuşdu əzizlərinə, Cəlal balam,gedək. Bundan belə, sən mənə əmanətsən. Onlar hər il gəlib səni yad edəcəklər.
-Can balam,əlvida əbədi 6 yaşında qalan,Cəlalım. Məni bağışla, Cəlal. Gecəli-gündüzlü, Cəlal deyib yanan ananı bağışla.
-Baba, mən anamdan heç küsmədim ki. Baba necə edim ki, anam ağlamasın.
Telli,Cəlalın əşylarını bağrına basıb daşın üstündə oturmuşdu.
-Baba, anamın saçlarından öpə bilərəm.
-Olar, bala. Öp.
Balaca, Cəlal, anasına yaxınlaşıdı, dən düşmüşsaçlarından öpdü. Elə bu dəm yüngül bir meh əsdi, qar dənəcikləri qalxaraq Tellinin saçlarına töküldü.
-Aman allah,
-İndi nə oldu, ay Telli.
-Musa, inanmaszan, mən Cəlalımın qoxusunu duydum.Bu kiçik qar dənəcikləri saçlarımı öpürdüsanki,Cəlalım kimi.
-Baba, anam onun saçlarını öpdüyümü duydu.
-Hə, oğul, yolçu yolunda gərək. Vaxtdır. Gedək öz dünyamıza.
Cəlal son dəfə doğmalırına nəzər salıb,babasının əlindən tudu və onlar getdilər. O, daha qorxnurdu. Yanında babası vardı. O, daha qorxmurdu, çünki doğmalarını görmüşdü. Onlar gəlib çıxdılar, babasının dediyi kimi ruhlar dünyasına. Burda çoxlu əsgər əmilər var idi.
-Salam, Cəlal.
-Sahib əmi? Sən də burdasan, demək
-Hə, Cəlal bala, burdayam. Nuru babanla mənə əmanətsən sən artıq.
-Balaca, de görüm onları görə bildinmi?
-Hə, gördüm.
Bax, bu əsgər əmilərlə birlikdə vuruşub, bu dağlarımızı azad etdik ki, sən illər sonra ruhən doğmalarına qovuşasan. Daha heç nədən qorxma.
Gecə anasının yuxusuna gəldi Cəlal:
-Anacan, mənim üçün daha narahat olma. İndi mən Nuru baba və Sahib əmi ilə birlikdəyəm. Onlar məni qoruyurlar. Dağlarımıza gəlib məni yad edərsiniz yaxşımı, ana? Sənin yanında yatan bu balaca kimdir belə?
Bu, qardaşın Mahirin oğlu, sənin adınıdaşıyan,Cəlaldır.
-Aha, adaşım. Deməli, mən əmi olmuşam. Ana, mənim sevimli maşınımı ver ona. De ki, əmisindən ona hədiyyədir.
-Salamat qal ana. Mən səni çox,lap çox sevirəm.
-Cəlalım, deyib, yuxusundan oyandı Telli ana.
Nənəsinin fəryadına oyanan balaca Cəlal ağlamağa başladı.
-Ağlama, nənə qurban. Bax, gör əmindən sənə nə qalıb...
Telli ana, qırmızı oyuncaq maşını nəvəsinə verdi. Nəvə Cəlal, maşını bağrına basdı və maşını əlindən buraxmayaraq yatdı.
Telli ana, əmisinin hədiyyəsi ilə sakitləşən Cəlalı bərk- bərk qucaqlayaraq
-Sizlərə qurban olum, Cəlalarım, deyib, 30 ildən sonra rahat şəkildə yuxuya getdi.
Təranə Sabir qızı Həsənova